...

Gürcüstanın Baş naziri Azərbaycanda işgüzar səfərdədir (FOTO)

Siyasət Materials 23 İyul 2010 13:58 (UTC +04:00)
Gürcüstanın Baş naziri Nika Gilauri iyulun 23-də Azərbaycana işgüzar səfərə gəlib.
Gürcüstanın Baş naziri Azərbaycanda işgüzar səfərdədir (FOTO)

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir E.İsmayılov/

Gürcüstanın Baş naziri Nika Gilauri iyulun 23-də Azərbaycana işgüzar səfərə gəlib.

Gilaurinin Azərbaycan rəsmiləri ilə keçiriləcək görüşlərində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bundan başqa, səfər çərçivəsində iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının altıncı iclası keçiriləcək.

Ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri Nika Gilauri ilk öncə Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anmış, ulu öndərin məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilərək, məzarı üzərinə gül dəstəsi qoyulmuşdur.

Xəbər lenti

Xəbər lenti