...

İstanbulda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər

Siyasət Materials 16 Sentyabr 2010 17:42 (UTC +04:00)
Sentyabrın 16-da İstanbulda "Çırağan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin görüşü olub.
İstanbulda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər

Sentyabrın 16-da İstanbulda "Çırağan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin görüşü olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Görüşdə dövlət başçıları Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin uğurla inkişaf etdiyini bildiriblər. Qeyd olunub ki, gələcəkdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin böyük perspektivləri var.

Dövlət başçıları bir sıra sahələrdə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edərək bildiriblər ki, Azərbaycan ilə Qazaxıstan dost ölkələrdir və hər iki ölkənin əməkdaşlığı gələcəkdə də faydalı olacaq.

Xəbər lenti

Xəbər lenti