...

İran öz nüvə proqramının sülh xarakterli olduğunu sübut edərsə, dünya Tehranla danışıqlara hazırdır - Obama

Siyasət Materials 23 Sentyabr 2010 20:34 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obama hesab edir ki, beynəlxalq ictimaiyyət İran öz nüvə proqramının sülh xarakterli olmasını sübut edəcəyi təqdirdə, onunla tamhəcmli münasibətləri bərpa etməyə hazırdır.
İran öz nüvə proqramının sülh xarakterli olduğunu sübut edərsə, dünya Tehranla danışıqlara hazırdır - Obama

ABŞ, Nyu-York, 23 sentyabr /Trend,xüsusi müxbir A.Privalov/

ABŞ Prezidenti Barak Obama hesab edir ki, beynəlxalq ictimaiyyət İran öz nüvə proqramının sülh xarakterli olmasını sübut edəcəyi təqdirdə, onunla tamhəcmli münasibətləri bərpa etməyə hazırdır.

"Biz öz tərəfimizdən İrana dəstəyimizi təklif etdik", - Obama BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İran öz nüvə proqramının sülh xarakterli olmasını nümayiş etdirməyən Nüvə silahlarının yayılmamasına dair müqavilənin yeganə ölkəsidir. Lakin, eyni zamanda, ABŞ Prezidenti Barak Obama qeyd edib ki, İran üçün qapılar açıq olaraq qalır.

"Qapı açıq olaraq qalır və İran ondan istifadə etmək istəsə, diplomatik alətlərdən istifadə etməyə ixtiyarı çatır", - Obama bildirib.

Xəbər lenti

Xəbər lenti