...

İran müdafiə nazirinin Azərbaycana səfəri başlayıb

Siyasət Materials 11 Oktyabr 2010 10:22 (UTC +04:00)
İrannın müdafiə naziri Əhməd Vəhidinin bazar ertəsi Azərbaycana səfəri başlayıb
İran müdafiə nazirinin Azərbaycana səfəri başlayıb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir T.Cəfərov/

İranın müdafiə naziri Əhməd Vəhidinin bazar ertəsi Azərbaycana səfəri başlayıb. Vəhidi bu gün Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında bildirib ki, İran və Azərbaycan arasında bütün sahələrdə, o cümlədən, hərbi və təhlükəsizlik sahəsində də əməkdaşlıq yüksək səviyyədədir.

Vəhidi əlavə edib ki, İran ilə Azərbaycan arasında hərbi və təhlükəsizlik müqavilələri mövcuddur. Bugünkü müzakirələr də həmin müqavilələr çərçivəsində aparılacaq.

İran və Azərbaycanın tarixi, mədəniyyəti və dini müştərəkdir. Azərbaycan İran üçün əhəmiyyətli bir ölkədir.

İki ölkənin regionda müştərək maraqları var və bölgədə təhlükəsizliyin təmini üçün iki ölkə arasında əlaqələrin inkişafı zəruridir.

Xəbər lenti

Xəbər lenti