...

Avropa İttifaqından 20-yə yaxın müşahidəçi qrup Azərbaycanda seçkilərin gedişini izləyəcək

Siyasət Materials 27 Oktyabr 2010 11:24 (UTC +04:00)
Avropa İttifaqından təxminən 15-20 müşahidəçi qrup, o cümlədən Aİ-nin üzv ölkələri və strukturlarının nümayəndələri Azərbaycanda parlament seçkilərinin gedişini izləyəcək.
Avropa İttifaqından 20-yə yaxın müşahidəçi qrup Azərbaycanda seçkilərin gedişini izləyəcək

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir M.Əliyev, A.Axundov/

Avropa İttifaqından təxminən 15-20 müşahidəçi qrup, o cümlədən Aİ-nin üzv ölkələri və strukturlarının nümayəndələri Azərbaycanda parlament seçkilərinin gedişini izləyəcək.

"Seçkilərin gedişini Avropa Parlamentinin yeddi üzvü, eləcə də Aİ-yə üzv ölkələrdən müşahidəçilər izləyəcəklər", - Kobia bildirib.

Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin olunub. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda ölkənin qanunverici orqanına seçkilər 125 seçki dairəsində majoritar sistemdə aparılır.

Hazırda seçkilər üzrə 581 beynəlxalq müşahidəçi qeydiyyata alınıb. Müşahidəçilərin ümumi sayı 20 mini keçir.

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin seçkilərin monitorinqində iştirakı gözlənilmir. "Lakin paytaxtda onun komandası çalışacaq", - Kobia bildirib.

Aİ-dən bəzi müşahidəçilər Azərbaycana seçkilər ərəfəsində gələcəklər, onların bir hissəsi isə artıq Bakıdadır.

"Seçkiqabağı dövrdə biz ilkin hesabat dərc edəcəyik", - Kobia deyib.

Parlament seçkilərində iştirak etmək üçün 692 namizəd qeydiyyatdan keçib.

Xəbər lenti

Xəbər lenti