...

İlham Əliyev Çexiya Prezidentini milli bayram münasibətilə təbrik edib

Siyasət Materials 27 Oktyabr 2010 20:02 (UTC +04:00)
Prezident İlham Əliyev Çexiya Respublikasının milli bayramı münasibətilə Çexiya Prezidenti Vatslav Klausu öz adından və Azərbaycan xalqı adından təbrik edib. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
İlham Əliyev Çexiya Prezidentini milli bayram münasibətilə təbrik edib

Prezident İlham Əliyev Çexiya Respublikasının milli bayramı münasibətilə Çexiya Prezidenti Vatslav Klausu öz adından və Azərbaycan xalqı adından təbrik edib. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Bu gün Azərbaycan ilə Çexiya arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir. Daim genişlənən dostluq əlaqələrimiz qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımız üçün böyük imkanlar açır. Əminəm ki, bu imkanlardan səmərəli istifadə olunması istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çexiya xalqına sülh və firavanlıq arzulayıram", - məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti