...

İran Əbu-Dabidə keçirilən İKT Parlament İttifaqının iclasını boykot edib

Siyasət Materials 17 Yanvar 2011 11:08 (UTC +04:00)
İran Parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözçüsü Kazım Cəlali bildirib ki, İran Birləşmiş Ərəb Əmirliklərinə etiraz əlaməti olaraq, Əbu-Dabidə keçirilən iclasda iştirak etməyəcək.
İran Əbu-Dabidə keçirilən İKT Parlament İttifaqının iclasını boykot edib

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

İran İslam Konfransı Təşkilatı Parlament İttifaqının (İKT Pİ) iclasını boykot edib.

İran Parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözçüsü Kazım Cəlali bildirib ki, İran Birləşmiş Ərəb Əmirliklərinə etiraz əlaməti olaraq, Əbu-Dabidə keçirilən iclasda iştirak etməyəcək. Bu barədə Trend İranın İRİNN xəbər kanalının rəsmi saytına istinadən məlumat verir.

Cəlali Əbu-Dabidə keçirilən iclasın qeyri-hüquqi təşkil edildiyini bildirib. "İKT Pİ İcraiyyə Komitəsinin iclası 2 ildən bir, Şurasının iclası isə ildə bir dəfə təşkil edilir. Lakin BƏƏ Şuraya rəhbərlik etdiyi üçün son vaxtlar iki dəfə ard-arda İcraiyyə Komitəsinin iclasını təşkil edib, bu da qeyri-qanunidir", - Cəlali deyib.

O, əlavə edib ki, adi qaydada İKT Pİ-nin iclası gələn il İndoneziyada keçiriləcək və BƏƏ fövqəladə iclası Pİ-nin nizamnaməsində dəyişiklik etmək məqsədilə təşkil edir. "BƏƏ-də keçirilən fövqəladə iclasda hər hansı bir sənədin qəbul edilməsi yolverilməzdir və icra olunmayacaq", - Cəlali bildirib.

İKT Pİ-nin iclası yanvarın 17-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə öz işinə başlayır.

İclasda iştirak etmək üçün 50 müsəlman ölkəsinin nümayəndələri artıq BƏƏ-dədir. İKT  Pİ-nin fövqəladə iclası yanvarın 19-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti