...

Acarıstandakı konsulluqda Azərbaycan Dövlət Bayrağının ucaldılması mərasimi keçirilib

Siyasət Materials 26 Yanvar 2011 16:44 (UTC +04:00)
Acarıstandakı konsulluqda Azərbaycan Dövlət Bayrağının ucaldılması mərasimi keçirilib.
Acarıstandakı konsulluqda Azərbaycan Dövlət Bayrağının ucaldılması mərasimi keçirilib

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir T.Hacıyev/

Acarıstandakı konsulluqda Azərbaycan Dövlət Bayrağının ucaldılması mərasimi keçirilib.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, mərasimdə Acarıstan Muxtar Respublikasının sədri Levan Varşalamidze, maliyyə və iqtisadiyyat naziri Vaja Bolkvadze, Batumi şəhərinin meri Robert Çxaidze, Batumi şəhərində qısamüddətli səfərdə olan Milli Məclisin üzvü, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, onun rəhbərlik etdiyi nümayəndə heyəti və yerli mətbuat təmsilçiləri iştirak ediblər.

Baş konsul Hüseyn Nəcəfov qonaqlara binada yeni aparılmış təmir işləri barədə məlumat verib, konsulluğun tələblərinə uyğun bəzi yenidənqurma işlərinin həyata keçirildiyini diqqətə çatdırıb.

Dövlət Bayrağımızın ucadılması mərasimi qonaqlar tərəfindən səmimi alqışlarla qarşılanıb, Gürcüstanın Batumi şəhərindəki Azərbaycan baş konsulluğunun binası üzərində Dövlət Bayrağımızın dalğalanmasının qürurverici fakt olduğu və xalqlarımız arasında mövcud olan dostluq münasibətlərində yeni bir uğurlu səhifənin açıldığı rəsmilər tərəfindən əminliklə vurğulanıb.

Xəbər lenti

Xəbər lenti