...

Yeni Azərbaycan Partiyası Qazaxıstanın hakim partiyasının qurultayında iştirak edəcək

Siyasət Materials 7 Fevral 2011 18:07 (UTC +04:00)
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sədri olduğu "Nur Otan" Xalq Demokratik Partiyasının XIII Qurultayında iştirak edəcək. Trend-in məlumatına görə bu barədə hakim partiyanın rəsmi saytının bazar ertəsi yaydığı məlumatda deyilir.
Yeni Azərbaycan Partiyası Qazaxıstanın hakim partiyasının qurultayında iştirak edəcək

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sədri olduğu "Nur Otan" Xalq Demokratik Partiyasının XIII Qurultayında iştirak edəcək. Trend-in məlumatına görə bu barədə hakim partiyanın rəsmi saytının bazar ertəsi yaydığı məlumatda deyilir.

"Nur Otan" Partiyasının qurultayında Yeni Azərbaycan Partiyasını Siyasi Şuranın üzvlərindən Milli Məclisin deputatları Aydın MirzəzadəMirkazım Kazımov təmsil edəcəklər.

"Nur Otan" Xalq Demokratik Partiyasının XIII Qurultayı fevralın 11-də Astanada keçiriləcək. Qazaxıstanın "Nur Otan" Xalq Demokratik Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında sıx əməkdaşlıq münasibətləri mövcuddur.

Xəbər lenti

Xəbər lenti