...

Moskvada "Müasir mərhələdə Rusiya-Azərbaycan münasibətləri: problemlər və perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilib

Siyasət Materials 13 May 2011 19:02 (UTC +04:00)
Cümə günü Moskvada M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsində "Müasir mərhələdə Rusiya-Azərbaycan münasibətləri: problemlər və perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilib.
Moskvada "Müasir mərhələdə Rusiya-Azərbaycan münasibətləri: problemlər və perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilib

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir E.Tariverdiyeva/

Cümə günü Moskvada M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsində "Müasir mərhələdə Rusiya-Azərbaycan münasibətləri: problemlər və perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilib.

Tədbir zamanı Rusiya-Azərbaycan ekspert qrupunun birgə məruzəsinin təqdimatı keçirilib. Ekspert qrupunun rəhbəri - Tarix fakültəsinin dekan müavini Aleksey Vlasov ekspert birliyinə hazırlanan sənədin əsas müddəalarını təqdim edib. Müzakirələrdən sonra "dəyirmi masa"nın iştirakçıları qətnamə qəbul ediblər.

"Dəyirmə masa"da Rusiya tərəfdən MDU-nun Analitik-İnformasiya Mərkəzinin direktoru Aleksey Vlasov, "Vestnik Kavkaza" Analitik-İnformasiya Agentliyinin baş direktoru İsmayıl Ağakişiyev, İctimai-Siyasi Tədqiqatlar Mərkəzinin direktoru Vladimir Yevseyev, "RİA Novosti"nin MDB və Baltikyanı ölkələr redaksiyasının rəhbəri Alan Kasayev, Strateji Mədəniyyət Mərkəzinin vitse-prezidenti Qriqori Trofimçuk və b., Azərbaycan tərəfdən Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Eldar Bayramov, Trend BİA-nın baş direktoru İlqar Hüseynov, Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru Eldar Quliyev iştirak edib.

"Dəyirmi masa" iştirakçıları qeyd ediblər ki, hazırda ikitərəfli münasibətlər keyfiyyətcə yeni səviyyəyə çıxaraq əməkdaşlığın əsas istiqamətləri - ticari-iqtisadi fəaliyyət, təhlükəsizlik, Xəzər dialoqu, təhsil sahəsi üzrə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini xarakterizə edir.

"İkitərəfli münasibətlərin strateji əməkdaşlıq səviyyəsində möhkəmləndirilməsi və Rusiya-Azərbaycan qarşılıqlı fəaliyyətinin qarşılıqlı faydalı və bərabərhüquqlu nümunəyə çevrilməsi üçün hər cür şərait var", - məruzədə qeyd edilir.

Çıxışlar zamanı "dəyirmi masa" iştirakçıları tərəfindən birgə modernləşdirmə layihəsinin həyata keçirilməsi üzrə fikirlər səsləndirilib. "Dəyirmi masa" iştirakçıları qeyd ediblər ki, strateji baxımdan qarşılıqlı investisiyaların keyfiyyətini artırmaq və imkan daxilində xammal ixracından asılılığı azaltmaq lazımdır.

"Şəxsi təşəbbüslərin effektiv dəstəklənməsinin zəruriliyi, hakimiyyət orqanlarında korrupsiyanın eyni vaxtında qarşısının alınması, iki dövlətin nazirliklərarası və sahələrarası əlaqələrinin kompleks təşəkkülü haqqında təkliflər də irəli sürülüb. Bununla bağlı başlıca vəzifə - yeni artım ehtiyatlarının axtarışı və prioritetlərin düzgün qoyulmasıdır", - tədbir iştirakçıları hesab edir.

İştirakçıların fikrincə, ikinci vəzifə biznesin həm yüksək, həm orta, həm də regional səviyyədə dəstəklənməsidir. "Bununla əlaqədar iki ölkənin İnvestorlar Şurasının, eləcə də vergi immuniteti və mürəkkəb infrastuktur layihələri maliyyələşdirmək iqtidarında olan dövlətlərarası inkişaf bankının yaradılması imkanı haqqında fikirləşmək lazımdır", - tədbir iştirakçıları bu fikirdədir.

"Tədbir iştirakçılarının fikrincə, üçüncü vəzifə mal və xidmətlərlə ticarət sahgəsində maneələrin aradan qaldırılması üzrə planlı şəkildə birgə işdən ibarətdir. Bu kompleks tədbirlər Azərbaycan və Rusiyanın milli iqtisadiyyatlarına qlobal rəqabət prosesində rəqabətqabiliyyətli və güclü olmağa imkan verəcək", - "dəyirmi masa" iştirakçıları güman edirlər.

Onların fikrincə, kəskin ehtiyac nəticəsində çoxlu investisiya resurslarında modernləşdirməyə qoyulan vəsaitləri optimal yerləşdirmək, razılaşdırılmış istiqamətləri seçmək lazımdır. "Bu kontekstdə iki ölkə arasında daha sıx bağlılıq, səylərin koordinasiyası məsələsi meydana çıxır", - tədbir iştirakçıları hesab edir.

Xəbər lenti

Xəbər lenti