...

Mərkəzi Seçki Komissiyası daxil olan müraciətlərə baxıb

Siyasət Materials 26 Avqust 2011 17:37 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) cümə günü iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası daxil olan müraciətlərə baxıb

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) cümə günü iclası keçirilib. Trend-in məlumatına görə, iclasda əvvəlcə avqustun 23-də keçirilən iclasın protokolu təsdiq olunub.

Daha sonra MSK sədri daxil olan müraciətlər barədə danışmaq üçün sözü MSK katibi Arifə Muxtarovaya verib. Muxtarova qeyd edib ki, müraciətlər əsasən aşağı seçki komissiyalarının formalaşdırılması ilə bağlı narazılıqlardan ibarət olub.

Onun sözlərinə görə, Ümid Partiyasının nümayəndəsi 109 saylı dairə seçki komissiyasının (DSK) qərarı ilə bağlı şikayət edib. Belə ki, dairədəki yerlər DSK-nın qərarı ilə bölüşüb.

MSK-dakı müzakirələrdən sonra DSK-nın belə bir səlahiyyətləri olmadığına görə 109 saylı dairənin qərarı ləğv olunub.

Muxtarova qeyd edib ki, 94 saylı dairə ilə bağlı da eyni formalı müraciət daxil olub. MSK-nın qərarı ilə həmin dairə tərəfindən qəbul olunmuş qərar qüvvədən düşmüş hesab olunub.

Daha sonra MSK üzvü Fuad Cavadovun 5 saylı Şahbuz-Babək seçki dairəsi və dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi ilə bağlı məruzəsi dinlənilib.

Müzakirələrdən sonra müvafiq qərarlar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti