...

Elin Süleymanov Azərbaycanın ABŞ-da fövqəladə və səlahiyyətli səfiri təyin edilib

Siyasət Materials 26 Oktyabr 2011 19:14 (UTC +04:00)
Prezident İlham Əliyev çərşənbə günü Elin Emin oğlu Süleymanovun Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Elin Süleymanov Azərbaycanın ABŞ-da fövqəladə və səlahiyyətli səfiri təyin edilib

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Prezident İlham Əliyev çərşənbə günü Elin Emin oğlu Süleymanovun Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Elin Süleymanova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.

İlham Əliyev, həmçinin Yaşar Teymur oğlu Əliyevin Azərbaycanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Xəbər lenti

Xəbər lenti