...

Azərbaycan Prezidenti İlham Əliyev Avstraliyanın xarici işlər naziri ilə görüşüb

Siyasət Materials 4 Fevral 2012 01:13 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Münxendə Avstraliyanın xarici işlər naziri Kevin Rud ilə görüşüb.
Azərbaycan Prezidenti İlham Əliyev Avstraliyanın xarici işlər naziri ilə görüşüb

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Münxendə Avstraliyanın xarici işlər naziri Kevin Rud ilə görüşüb.

Görüşdə Avstraliyanın xarici işlər naziri Kevin Rud ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif sahələrdə inkişafında maraqlı olduğunu bildirib, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsindən məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinin dünyanın əksər dövlətlərinin ölkəmizə dəstəyinin nümunəsi olduğunu deyib.

Dövlətimizin başçısı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.

Görüşdə ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti