...

Azərbaycan vətəndaşlarının Monteneqroya vizasız gediş-gəlişi barədə qərar qəbul edilib

Siyasət Materials 25 İyun 2012 14:12 (UTC +04:00)
Azərbaycan vətəndaşlarının Monteneqroya vizasız gediş-gəlişi barədə qərar qəbul edilib.
Azərbaycan vətəndaşlarının Monteneqroya vizasız gediş-gəlişi barədə qərar qəbul edilib

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan vətəndaşlarının Monteneqroya vizasız gediş-gəlişi barədə qərar qəbul edilib.

Azərbaycanın Monteneqrodakı səfirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Monteneqronun Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin rəsmi məlumatına əsasən, hökumətin iyunun 21-də keçirilmiş növbəti iclasında "2012-ci ilin 15 iyul - 31 oktyabr tarixləri arasında Monteneqroya səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə vizasız gediş-gəliş rejiminin tətbiq edilməsi haqqında" qərar qəbul edilib.

Qərara əsasən, etibarlı adi ümumvətəndaş pasportlarına malik Azərbaycan Respublikasının vətəndaşları bu tarixlər arasında vizasız 30 gün müddətində Monteneqro ərazisindən sərbəst giriş-çıxış, tranzit kimi istifadə edə və yaşaya bilərlər.

Xəbər lenti

Xəbər lenti