...

Elmar Məmmədyarov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçuranı qəbul edib

Siyasət Materials 11 Oktyabr 2012 18:16 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçuranı ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.
Elmar Məmmədyarov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçuranı qəbul edib

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçuranı ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Elmar Məmmədyarov Fikrət Akçuraya Azərbaycan və BMT arasında əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəyə görə öz təşəkkürünü bildirib və onun ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirib.

Öz növbəsində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura Azərbaycanda fəaliyyətindən məmnun olduğunu qeyd edib və ölkəmizdə davamlı iqtisadi-sosial inkişafın təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti