...

İlham Əliyev ABŞ-ın Nəqliyyat Komandanlığının komandanını qəbul edib

Siyasət Materials 18 Oktyabr 2012 18:10 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı ABŞ-ın Nəqliyyat Komandanlığının komandanı Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev ABŞ-ın Nəqliyyat Komandanlığının komandanını qəbul edib

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı ABŞ-ın Nəqliyyat Komandanlığının komandanı Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu vurğulandı, bu münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi.

Görüşdə, həmçinin beynəlxalq terrorizmə qarşı birgə mübarizə, regional sülhün və sabitliyin təmin olunması məsələlərindən danışıldı, Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada birbaşa və daşımalar yolu ilə iştirakının əhəmiyyəti yüksək qiymətləndirildi, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik vurğulandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti