...

Daha 23 suriyalı zabit müxalifətə keçib

Siyasət Materials 23 Noyabr 2012 12:58 (UTC +04:00)
Daha 23 suriyalı zabit müxalifətə keçib və öz ailələri ilə birlikdə Türkiyə ərazisinə gəlib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Yeni Şafak" qəzeti xəbər verib.
Daha 23 suriyalı zabit müxalifətə keçib

Azərbaycan, Bakı, 23 noyabr / Trend, müxbir A.Tağıyeva /

Daha 23 suriyalı zabit müxalifətə keçib və öz ailələri ilə birlikdə Türkiyə ərazisinə gəlib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Yeni Şafak" qəzeti xəbər verib.

Həmin şəxslər arasında Suriya ordusunun polkovnikləri, podpolkovnikləri və leytenantları var. Hərbiçilərin ailələri ilə birlikdə sayı 69 nəfər təşkil edir və onlar Hatay vilayətindəki suriyalı qaçqınların düşərgələrində yerləşdiriliblər.

Bu gün suriyadakı qarşıdurmalardan Türkiyəyə qaçan suriyalı qaçqınların sayı 120 min nəfərdən çoxdur. Hatay, Şanlıurfa, Qaziantep və Kahramanmaraş vilayətlərində suriyalı qaçqınlar üçün ümumilikdə 10 çadır şəhərciyi fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti