...

Türkiyə İraqın şimalında baş verən hadisələri narahatlıqla izləyir

Siyasət Materials 27 Noyabr 2012 18:15 (UTC +04:00)
Türkiyə İraqın şimalında gərginliyin artmasını narahatlıqla izləyir. Trend-in çərşənbə axşamı "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səlcuq Ünal deyib.
Türkiyə İraqın şimalında baş verən hadisələri narahatlıqla izləyir

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə İraqın şimalında gərginliyin artmasını narahatlıqla izləyir. Trend-in çərşənbə axşamı "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səlcuq Ünal deyib.

Onun sözlərinə görə, İraqda sabitliyin qorunması bütün region üçün çox vacibdir. Ünal Bağdad və kürd muxtariyyətinin yaxın vaxtlarda diplomatik yolla razılığa gələcəklərinə ümid etdiyini bildirib.

Qeyd edək ki, ötən həftədən etibarən İraqın hökumət qüvvələri və kürd muxtariyyətinin silahlı dəstələri arasında vaxtaşırı toqquşmalar baş verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti