...

Parlamentari: Çinin Azərbaycan ilə münasibətlərinin daha da inkişaf etdirilməsi qarşıya məqsəd qoyulub

Siyasət Materials 17 Dekabr 2012 16:08 (UTC +04:00)
Azərbaycan və Çin hazırda yüksək inkişaf tempi nümayiş etdiən ölkələrdir və iqtisadi əlaqələrin inkişafı üçün görüləcək iş potensialı çoxdur.
Parlamentari: Çinin Azərbaycan ilə münasibətlərinin daha da inkişaf etdirilməsi qarşıya məqsəd qoyulub

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan və Çin hazırda yüksək inkişaf tempi nümayiş etdiən ölkələrdir və iqtisadi əlaqələrin inkişafı üçün görüləcək iş potensialı çoxdur. Trend-in məlumatına görə, bunu Çin Xalq Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsinin (ÇXSKŞ ÜK) sədr müavini Bay Liçen Milli Məclisdə Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun görüşündə bildirib.

"Əməkdaşlıq iki ölkənin xalqlarının rifahına xidmət edir. Çin Kommunist Partiyasının 18-ci qurultayından sonra Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsi qarşıya məqsəd kimi qoyulub", - o deyib.

Bay Liçen bildirib ki, iki ölkənin parlamentləri arasındakı dostluq əlaqələri nəzərəçarpacaq dərəcədə inkişaf edir, iqtisadi əlaqələrin inkişafı iki ölkə arasında artan templə inkişaf edir: "Beynəlxalq arenada əməkdaşlığımız və bir-birimizə dəstək verməyimiz regionda sabitliyin və sülhün bərqərar olmasında mühüm əhəmiyyət kəsb edir".

Milli Məclisdə Azərbaycan-Çin parlamentlərarası işçi qurupunun rəhbəri Əli Əhmədov görüşdə deyib ki, iki ölkənin parlamentləri arasında olan sıx əlaqələr Azərbaycan və Çin arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcək. "Azərbaycan və Çin arasında münasibətlər dərin tarixi köklərə malikdir. Biz Azərbaycanda Çinin sürətli inkişafını izləyir və qarşılıqlı səfərlərimizlə buna stimul veririk", - o deyib.

Əhmədov qeyd edib ki, Çinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və Azərbaycanın Çinin ərazi bütövlüyünü dəstəkləməsi iki ölkə arasında siyasi sahədə də sıx əlaqələr qurmağa şərait yaradır. Əhmədov bildirib ki, Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan partiyası arasında çox sıx əlaqələr qurulub: "Azərbaycan iqtisadiyyatı xarici sərmayələr üçün açıqdır və bu da imkan verir ki, çinli sahibkarlar buraya sərmayə yatırsın".

O bildirib ki, Çin və Azərbaycan qarşılıqlı əməkdaşlıq nəticəsində ticarət dövriyyəsinin həcmini artıra bilərlər.

Çin Xalq Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsinin nümayəndə heyəti Bakıda bu gün Fəxri xiyabanda olub, ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edərək əklil qoyublar, daha sonra Şəhidlər xiyabanını ziyarət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti