...

Mübariz Əhmədoğlu: Ermənistandakı prezident seçkilərində vacib məsələlərdən biri müxalif namizədin 40 faiz səsinin siyasi mənsubiyyətidir

Siyasət Materials 6 Mart 2013 15:00 (UTC +04:00)
Ermənistandakı prezident seçkilərinin diqqət yetirilməli ən vacib məsələlərdən biri müxalifətin namizədinə verilən təxminən 40 faiz səsin siyasi mənsubiyyəti və ya mənşəyidir. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Mübariz Əhmədoğlu: Ermənistandakı prezident seçkilərində vacib məsələlərdən biri müxalif namizədin 40 faiz səsinin siyasi mənsubiyyətidir

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir E.Mehdiyev/

Ermənistandakı prezident seçkilərinin diqqət yetirilməli ən vacib məsələlərdən biri müxalifətin namizədinə verilən təxminən 40 faiz səsin siyasi mənsubiyyəti və ya mənşəyidir. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, ABŞ-Ermənistan ikili vətəndaşlığına malik Raffi Ovannisyanın siyasi bacarığı, hakimiyyətdə müəyyən adamların partiyasına münasibəti nəzərə alınaraq 20 faizlik elektoral baza proqnozlaşdırılırdı.

Politoloqun fikrincə, Ovannisyanın əsas sloqanları diasporun adamı olması və Dağlıq Qarabağ məsələsindəki mövqeyi idi.

"İndiki Ermənistanda isə Qarabağ məsələsi 7-ci yerdədir; sosial-iqtisadi problemlər bloku ilk beşliyi tutur. Seçki kampaniyasının gedişində prezidentliyə digər namizəd, vaxtilə baş naziri olmuş Qrant Baqratiyan güclü sosial-iqtisadi layihələr təqdim etdi. Əksər müşahidəçilərin fikrincə, Baqratiyanın seçki kampaniyası daha aktiv keçdi. Belə olan təqdirdə, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına deyil, Qərbə tərəf üz tutması diqqəti çəkir. Ona görə də Ovannisyana verilən 40 faizlik səsi bütövlükdə "antiserj" səs hesab etmək düzgün olmazdı", - Əhmədoğlu deyib.

O hesab edir ki, bu, Serj Sarkisyanın 5 il ərzində apardığı antirusiyaçılıq və qərbpərəstlik siyasətinin bəhrəsidir.

Politoloq qeyd edib ki, xarici jurnalistlərin yazılarından da başa düşmək olur ki, Sarkisyanın məqsədi Rusiyanı "yatırdıb" Ermənistanı Qərbə qaçırmaqdır. "Hər halda bunu Rusiyadan başqa hamı başa düşür. Ermənistanda 40 faizlik qərbpərəst sosial bazanın yaranması, ilk növbədə Rusiya siyasətçilərinin iştirakı ilə baş tutub. Bu proses rus dilinə qarşı hücum kampaniyası ilə başlamışdı", - politoloq deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti