...

Şri Lanka energetika sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Siyasət Materials 8 May 2013 19:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Şri Lankaya səfəri çərçivəsində bu ölkənin neft sənayesi naziri Anura Priyadharşana Yapa ilə görüş keçirib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə edilib. Şri lankalı nazir ölkəsinin bu sahədə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Görüşdə, eyni zamanda, Azərbaycanın neft və qaz sənayesi sahəsində mütəxəssislərin hazırlanması işində zəngin təcrübəyə malik olması vurğulanıb.

Məmmədyarov bildirib ki, hələ SSRİ dövründə dünyanın bir sıra ölkələrindən olan tələbələr və mütəxəssislər Azərbaycanın müxtəlif təhsil müəssisələrində təhsil almış və təlim keçmişdilər. Azərbaycanlı nazir şri lankalı mütəxəssisləri Azərbaycanın bu sahədə zəngin təcrübəsindən faydalanmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti