...

AB Suriyaya üçün qoyulmuş silah embarqosuna yenidən baxa bilər

Siyasət Materials 2 İyun 2013 18:44 (UTC +04:00)
Avropa Birliyi ölkələri Suriyaya üçün qoyulmuş silah embarqosuna yenidən baxa bilər. Trend-in İnterfaksa istinadən verdiyi xəbərdə deyilir ki, bunu AB-nin xarici və müdafiə siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib.
AB Suriyaya üçün qoyulmuş silah embarqosuna yenidən baxa bilər

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Avropa Birliyi ölkələri Suriyaya üçün qoyulmuş silah embarqosuna yenidən baxa bilər. Trend-in İnterfaksa istinadən verdiyi xəbərdə deyilir ki, bunu AB-nin xarici və müdafiə siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib.

Məlumatda bildirilir ki, bu məsələ avqustun 1-dək keçirilməsi nəzərdə tutulan Suriya ilə bağlı konfransda qaldırıla bilər.

"AB-nin üzv dövlətləri bu yaxınlarda Suriya müxalifətinə silah göndərməyəcək. Vəziyyət bir daha Cenevrədə keçirilməsi planlaşdırılan konfransda müzakirə ediləcək" - deyə Eşton vurğulayıb.

O, əlavə edib ki, BMT-nin baş katibilə məsləhətləşmələrdən sonra sözügedən məsələyə dair hesabatla çıxış edəcək.

"Ümid edirəm ki, Cenevrə danışıqlarının ikinci mərhələsində problemlə bağlı siyasi həll tapılacaq" - Eşton deyib.

Xəbər lenti

Xəbər lenti