Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir A.Tağıyeva/
Türkiyə Silahlı Qüvvələri Suriya tərəfindən bütün atəşlərə və təxribatlara istənilən an cavab verməyə hazırdır. Bu barədə Trend bazar ertəsi SQ-nin rəsmi saytına istinadən məlumat verir.
Məlumata görə, Suriya-Türkiyə sərhədində artan gərginliklə əlaqədar təhlükəsizlik tədbirləri gücləndiriləcək.
Bundan başqa, Türkiyə sərhədi vasitəsilə keçirilən yüklər və sərhədi keçən Suriya vətəndaşları üzərində nəzarət gücləndiriləcək.