...

NATO Azərbaycanda təlim kursu təşkil edəcək

Siyasət Materials 30 Sentyabr 2013 10:12 (UTC +04:00)
NATO Bakıda təlim kursu təşkil edəcək.
NATO Azərbaycanda təlim kursu təşkil edəcək

Azərbaycan, Bakı, 30 sentyabr / Trend, müxbir İ.İzzət /

NATO Bakıda təlim kursu təşkil edəcək.

Bu barədə Trend-ə Müdafiə Nazirlyinin mətbuat xidmətindən məlumata veriblər.

Oktyabrın 1-dən 4-dək Bakıda "NATO-nun əməliyyat planlaşdırma prosesi" mövzusunda təlim kursu keçiriləcək. Təlim kursu NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən təşkil edəcək.

Bundan əlavə, Azərbaycan hərbçiləri oktyabr ayı ərzində NATO-nun bir sıra tədbirlərində iştirak edəcəklər. Azərbaycan hərbçilərindən ibarət qrup oktyabrın 2-3-də Qazaxıstanda, Almatı şəhərində keçiriləcək "Əməliyyat imkanları konsepsiyası/qiymətləndirmə və rəy proqramı" üzrə illik konfransında iştirak edəcək.

Zabirlərimiz 07-11 oktyabr tarixlərində Almaniyanın Oberamerqau şəhərində keçiriləcək "NATO qərargah zabitləri üçün tanışlıq" kursuna, eyni tarixdə Belçikanın paytaxtı Brüsseldə keçiriləcək "Tərəfdaş ölkələrin qərargah zabitləri üçün NATO ilə tanışlıq" kursuna, oktyabrın 8-dən 17-dək Polşanın paytaxtı Varşavada "NATO daxilində standartlaşdırma" kursu, oktyabrın 14-dən 18-dək isə İsveçrənin Cenevrə şəhərində keçiriləcək "Hərbi-mülki əməkdaşlıq / döyüş sursatının təhlükəsizliyi və ehtiyatların idarəolunması" kursuna da qatılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti