...

“Səs Ver” təlimləri bölgələrdə davam edir

Siyasət Materials 4 Oktyabr 2013 11:11 (UTC +04:00)
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK)dəstəyi ilə “İRƏLİ” İctimai Birliyi tərəfindən həyata keçirilən “Səs Ver” kampaniyası çərçivəsində təlimlərə start verilib.
“Səs Ver” təlimləri bölgələrdə davam edir

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə "İRƏLİ" İctimai Birliyi tərəfindən həyata keçirilən "Səs Ver" kampaniyası çərçivəsində təlimlərə start verilib.

"İRƏLİ" İB-dən Trend-ə verilən məlumata görə, "Səs Ver" kampaniyası çərçivəsində bölgələrdə davam edən təlim oktyabrın 2-də Azərbaycanın "Gənclər Paytaxtı" Biləsuvarda 300-ə yaxın gəncin iştirakı ilə baş tutub.

Növbəti təlimlər oktyabrın 3-də Sabirabad və Göyçayda ümumilikdə 200 gəncin iştirakı ilə keçirilib.

Təlim müddətində "Səs Ver" kampaniyasının təlimçiləri tərəfindən gənclərə seçki, seçki hüququ, seçki prosesi barədə ətraflı məlumat verilib, məlumatlandırıcı kitablar paylanılıb. Xüsusilə ilk dəfə səs verəcək gənclər səsvermə proseduru barədə ətraflı məlumatlandırılıblar.

Xatırladaq ki, bu il ümumilikdə 5 milyon nəfər seçici səsvermədə iştirak edəcək və onlardan 2 milyon nəfəri, yəni 40 faizi gənclərdir. Gənclər arasında təxminən 500 min nəfəri ilk dəfə prezident seçkilərində səs verəcək ki, bu da ümumi seçicilərin 10 faizini təşkil edir.

Qeyd edək ki, "Səs Ver" kampaniyasının məqsədi qarşıdan gələn seçkilərdə gənclərin fəallığının artırılması, seçkilər zamanı səsvermə hüququndan ilk dəfə istifadə edəcək gənclərin maarifləndirilməsi, onların seçkilərdə fəal iştiraka həvəsləndirilməsi, gənclər arasında fəal vətəndaşlığın təbliği, bütün ölkə üzrə ilk dəfə səs verəcək gənclərin şəbəkəsinin yaradılmasını təmin etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti