...

Hərbi mənbə: Dəməşq İsrailin hava hücumlarına cavab verə bilər

Siyasət Materials 6 Noyabr 2013 14:49 (UTC +04:00)
Suriya hələ ki öz ərazisinə İsrailin hava hücumlarına cavab verməyib, lakin bu hüququ özündə saxlayıb. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Suriyadakı hərbi-diplomatik mənbə bildirib.
Hərbi mənbə: Dəməşq İsrailin hava hücumlarına cavab verə bilər

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Suriya hələ ki öz ərazisinə İsrailin hava hücumlarına cavab verməyib, lakin bu hüququ özündə saxlayıb. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Suriyadakı hərbi-diplomatik mənbə bildirib.

Mənbə qeyd edib ki, İsrail təxribatlarını davam etdirsə, Suriya buna cavab verəcək.

Onun sözlərinə görə, oktyabrın 31-də İsrailin döyüş təyyarələri Aralıq dənizi üzərində Suriya ordusunun fəaliyyət zonası xaricində olan neytral hava məkanından Cəbla yaşayış məntəqəsinə hücum edib. Raketlərdən biri hədəfə dəyib, ikincisi isə yan keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti