...

Azərbaycanda qeysəriyyə kəsiyi əməliyyatını qeyri-qanuni aparan şəxslər məsuliyyət daşıyacaqlar

Siyasət Materials 27 Noyabr 2013 19:56 (UTC +04:00)
Prezident İlham Əliyev “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib.
Azərbaycanda qeysəriyyə kəsiyi əməliyyatını qeyri-qanuni aparan şəxslər məsuliyyət daşıyacaqlar

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Prezident İlham Əliyev "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib.

Dəyişikliyə əsasən, qeysəriyyə kəsiyi əməliyyatı dövlət və qeyri-dövlət tibb müəssisələrində aparılır. Qeysəriyyə kəsiyi əməliyyatına dair tibbi əsaslar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qeysəriyyə kəsiyi əməliyyatının qeyri-qanuni aparılmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti