...

Azərbaycan və Finlandiya arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Siyasət Materials 15 May 2014 17:29 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Finlandiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Erkki Tuomioya ilə görüşüb.
Azərbaycan və Finlandiya arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir S.Əhmədova/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Finlandiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Erkki Tuomioya ilə görüşüb.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı finlandiyalı nazir azərbaycanlı həmkarının səfərinin iki ölkə arasında münasibətlərin inkişafında önəmli rol oynadığını qeyd edib.

Nazir Elmar Məmmədyarov öz növbəsində Azərbaycan və Finlandiya arasında əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirib, bunun üçün biznes forumlarının təşkilinin və iki ölkə arasında müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında qarşı tərəfə ətraflı məlumat verib və Azərbaycanın münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həllinin tərəfdarı olduğunu qeyd edib. Həmçinin o, BMT TŞ-nin münaqişənin həlli ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalçı siyasətini pisləyən qətnamələrin qəbul olunmasına baxmayaraq, Ermənistan tərəfindən onların icra olunmadığını bildirib. Bu baxımdan Azərbaycanın xarici işlər naziri beynəlxalq ictimaiyyətin münaqişənin həllində daha qətiyyətli və prinsipial mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıb.

Görüşdə Azərbaycanın Avropa Şurasında sədrliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və üçünçü ölkələrdə birgə layihələrin həyata keçirilməsi, eləcə də qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti