...

Dmitri Medvedev: Rusiya Ümumdünya Ticarət Təşkilatında ABŞ-ın sanksiyalarına etiraz edəcək

Siyasət Materials 20 İyun 2014 15:06 (UTC +04:00)
Rusiya Ümumdünya Ticarət Təşkilatına (ÜTT) bu ölkənin bir sıra təşkilatlarına qarşı sanksiyaların tətbiq edilməsi ilə əlaqədar ABŞ-ın öz ticarət öhdəliklərini yerinə yetirməməsi haqqında rəsmi məlumat göndərib.
Dmitri Medvedev: Rusiya Ümumdünya Ticarət Təşkilatında ABŞ-ın sanksiyalarına etiraz edəcək

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Rusiya Ümumdünya Ticarət Təşkilatına (ÜTT) bu ölkənin bir sıra təşkilatlarına qarşı sanksiyaların tətbiq edilməsi ilə əlaqədar ABŞ-ın öz ticarət öhdəliklərini yerinə yetirməməsi haqqında rəsmi məlumat göndərib. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə RF Baş naziri Dmitri Medvedev Beynəlxalq Hüquq Forumunun iclasında bildirib.

Baş nazir bəyan edib ki, ABŞ Rusiyaya qarşı daxili siyasətdə mənfi nəticələr doğuran sanksiyalar tətbiq edib: "Biz ÜTT-də bu sanksiyalara etiraz edəcəyik. Bu asan olmayacaq, çünki ABŞ ÜTT-də həm nəzəri, həm də praktik nüfuza malikdir".

D.Medvedev hesab edir ki, ÜTT-nin Rusiya və ABŞ-ın sanksiyalarla bağlı mübahisəsinə reaksiyası bu təşkilatın mübahisələrin həlli üzrə qərəzsizliyini və obyektivliyini qiymətləndirməyə imkan verəcək: "Belə sanksiyalar Ümumdünya Ticarət Təşkilatının özünün qaydalarını, həmçinin ticarətdə ən böyük yardım etmə rejimini pozur, çünki başqa ölkənin mal və xidmətlərinin təchizatçılarına qarşı ayrı-seçkilik yaranır, Ümumdünya Ticarət Təşkilatının öhdəliklərini və ticarətdə spesifik maliyyə xidmətləri üzrə Əsas sazişin ikinci maddəsinə birbaşa qadağanı pozur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti