...

Bakıda "NATO-nun Psixoloji Əməliyyatları" mövzusunda təlim kursu keçirilir (FOTO)

Siyasət Materials 15 Sentyabr 2014 19:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssum şəhərindəki Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "NATO-nun Psixoloji Əməliyyatları" mövzusunda təlim kursu başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kursda Silahlı Qüvvələrimizin ayrı-ayrı qoşun növlərini təmsil edən zabitlər iştirak edərək yeni bilik və vərdişlər qazanacaq, psixoloji əməliyyatların keçirilməsilə bağlı bacarıqlarını zənginləşdirəcəklər.

Kurs ərzində NATO-nun informasiya əməliyyatları ilə bağlı siyasəti, böhranlara cavab əməliyyatlarının mahiyyəti, qanunvericilik baxımından həmin əməliyyatların keçirilməsi prinsipləri, psixoloji əməliyyatlar və media məlumatlarının təhlili, o cümlədən, digər məsələlər barədə təqdimatlar dinləyicilərin diqqətinə çatdırılacaq.

Təlim kursu sentyabrın 18-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti