...

Azərbaycan və İran qadınlarının dostluq cəmiyyətinin yaradılması təklif olunur

Siyasət Materials 21 Oktyabr 2014 16:49 (UTC +04:00)
"İran və Azərbaycan qadınlarının dostluq cəmiyyətinin yaradılması və hər iki ölkədə qarşılıqlı dostluq həftələrinin təşkili kimi məsələləri iki ölkə arasında imzalanacaq saziş layihəsində təklif etmişik və sabah azərbaycanlı həmkarlarımızla müzakirə edəcəyik".
Azərbaycan və İran qadınlarının dostluq cəmiyyətinin yaradılması təklif olunur

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

"İran və Azərbaycan qadınlarının dostluq cəmiyyətinin yaradılması və hər iki ölkədə qarşılıqlı dostluq həftələrinin təşkili kimi məsələləri iki ölkə arasında imzalanacaq saziş layihəsində təklif etmişik və sabah azərbaycanlı həmkarlarımızla müzakirə edəcəyik". Bunu çərşənbə axşamı Trend-ə Azərbaycanada səfərdə olan İran Prezidentinin ailə və qadın məsələləri üzrə müavini Şahindoxt Movlaverdi deyib.

Bakıda keçirilən "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu" mövzusunda V Beynəlxalq konfransda iştirak edən Ş.Movlaverdi bildirib ki, oktyabrın 22-də Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüşəcək: "Görüşdə İran və Azərbaycan arasında əlaqələri inkişafi üzrə saziş layihəsi haqqında müzakirələr aparacağıq".

Onun sözlərinə görə, Prezident Həsən Ruhaninin Azərbaycana səfəri zamanı imzalanacaq əməkdaşlıq sazişində, əsasən, Azərbaycan və İran qadınlarından ibarət idmançıların, universitet tələbələrinin, sahibkarların, ticarətçilər və QHT-lərin nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili kimi məsələlər də yer alıb: "Bundan başqa, qadınların iş fəaliyyətini özündə əks etdirən bütün sahələrdə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması haqqında da müzakirələrimiz olacaq".

Ş.Movlaverdi İran və Azərabycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb: "Bir il ərzində Azərbaycan tərəfi ilə bir neçə dəfə görüşümüz olub. Hicran Hüseynova ilə Nyu York və Parisdə iki dəfə görüşmüş, əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparmışıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti