...

"Azərbaycanla 10-a yaxın Avropa ölkəsi arasında Strateji Tərəfdaşlıq haqqında bəyannamə qəbul edilib"

Siyasət Materials 12 Noyabr 2014 11:51 (UTC +04:00)
Artıq Azərbaycanla 10-a yaxın Avropa ölkəsi arasında Strateji Tərəfdaşlıq haqqında bəyannamə qəbul edilmiş və imzalanmışdır
"Azərbaycanla 10-a yaxın Avropa ölkəsi arasında Strateji Tərəfdaşlıq haqqında bəyannamə qəbul edilib"

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Səbinə Əhmədova/

"Artıq Azərbaycanla 10-a yaxın Avropa ölkəsi arasında Strateji Tərəfdaşlıq haqqında bəyannamə qəbul edilmiş və imzalanmışdır". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz "Twitter" səhifəsində Prezident İlham Əliyevin Macarıstana işgüzar səfərinin yekunlarını şərh edərkən bildirib.

N.Məmmədov qeyd edib: "Azərbaycan Prezidentinin Macarıstana səfəri zamanı da Strateji Tərəfdaşlıq haqqında bəyannamə imzalanmışdır".

PA rəsmisinin sözlərinə görə, Azərbaycan Prezidenti ilə Macarıstan Baş naziri arasında mövcud olan şəxsi dostluq münasibətləri bu səfər zamanı daha da möhkəmləndi: "Prezidentlə Baş naziri yaxınlaşdıran faktorlardan biri də hər iki liderin ölkələrinin suverenliyinin qorunmasını əsas vəzifə hesab etmələridir. Bir daha əmin oldum ki, Macarıstan Parlamentinin binası dünyanın ən gözəl və möhtəşəm sarayıdır".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanda işgüzar səfərdə olub. Səfər çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlıq üzrə bəyannamə və bir sıra müqavilələr imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti