...

Kamal Abdullayev: Bir sıra Qərb ölkələri multikulturalizm siyasətindən rəsmi şəkildə imtina edirlər

Siyasət Materials 7 May 2015 13:51 (UTC +04:00)
Bu gün Azərbaycanda multikulturalizm sahəsində bir-birini tamamlayan, sistemli xarakter daşıyan siyasi iradə və onun gerçəkləşməsi proqramı uğurla həyata keçirilir.
Kamal Abdullayev: Bir sıra Qərb ölkələri multikulturalizm siyasətindən rəsmi şəkildə imtina edirlər

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İlkin İzzət /

Bu gün Azərbaycanda multikulturalizm sahəsində bir-birini tamamlayan, sistemli xarakter daşıyan siyasi iradə və onun gerçəkləşməsi proqramı uğurla həyata keçirilir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş, "Azərbaycan müasir dünyada" mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə, o cümlədən bu sahədə tarixən zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunədir: "Məlum olduğu kimi, bir sıra Qərb ölkələri, o cümlədən Böyük Britaniya, Fransa, Almaniya uzun illər apardıqları multikulturalizm siyasətindən bu gün rəsmi şəkildə imtina edirlər. İmtinanın əsas səbəbini ümumi şəkildə Böyük Britaniyanın Baş naziri Devid Kemeron 5 fevral 2011-ci il tarixində Münhendə təhlükəsizlik üzrə keçirilən konfransdakı çıxışında Böyük Britaniyada məskunlaşmış əcnəbiləri yaşadıqları cəmiyyətə inteqrasiya etmək istəməmələri ilə izah edib. Bəlkə də və çox güman ki, bu, siyasi bəhanədir. Bəlkə də ölkələrdə iflasa uğrayan multikulturalizm siyasətçilərinin özlərinə bəraət qəzandırmaq cəhdidir. Və bunun fonunda təzahür edən, inkişafda olan multikulturalizmin Azərbaycan təcrübəsinin bütün dünyaya siyasi cəsarətlə nümayişi ona gətirib çıxarıb ki, bu gün artıq Yer kürəsinin hər yerində ədalətsevər insanlar ölkəmizi sarsılmaz multikultural dövlət imici əldə etmiş mərkəz kimi tanıyır. Qətiyyətlə demək olar ki, Azərbaycan multikulturalizmi ölkəmizin siyasi simasının əsas cizgilərindən birinə çevrilib. Azərbaycan multikulturalizminin siyasi banisi olan Heydər Əliyevin arzularından biri də bu idi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti