...

Gənclər təşkilatı Bako Saakyanın London səfərinə etiraz bəyanatı yaydı

Siyasət Materials 10 İyul 2015 13:24 (UTC +04:00)
“İRƏLİ” İctimai Birliyi Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Bako Saakyanın "Chatham House" - Kral Beynəlxalq Münasibətlər İnstitutu tərəfindən Böyük Britaniyaya dəvət olunması ilə bağlı bəyanat yayıb.
Gənclər təşkilatı Bako Saakyanın London səfərinə etiraz bəyanatı yaydı

Azərbaycan, Bakı, 10 iyul /Trend/

"İRƏLİ" İctimai Birliyi Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Bako Saakyanın "Chatham House" - Kral Beynəlxalq Münasibətlər İnstitutu tərəfindən Böyük Britaniyaya dəvət olunması ilə bağlı etiraz bəyanatı yayıb. Bu barədə təşkilatdan Trend-ə verilən məlumatda bildirilir.

Bəyanatda qeyd olunur ki, Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Krallığı arasında ilk əməkdaşlıq əlaqələri XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan hələ çar Rusiyası tərkibində olduğu zamanda yaranıb. Böyük Britaniya Azərbaycanda ən böyük xarici investorlardan biridir. Azərbaycanda 100-dən çox Britaniya firması fəaliyyət göstərir.

1994-cü ildə Azərbaycanın neft sənayesinə, eləcə də respublikada sosial sahələrin əsaslı surətdə inkişafına müsbət təsir göstərmiş "Britiş Petroleum" şirkəti "Əsrin Müqaviləsi"nin həyata keçirilməsində ciddi rola malikdir.

Böyük Britaniya və Azərbaycan hökümətləri arasında olan sıx iqtisadi və siyasi münasibətlərin olmasına baxmayaraq "Chatham House" tərəfindən separatçı Dağlıq Qarabağ rejiminin lideri B.Saakyanın Londona dəvət alması iki ölkə arasında olan münasibətlərin sağlamlığına olan inamı ciddi şəkildə sarsıdır. Bu addım Böyük Britaniya hökümətinin illər uzunu Azərbaycanın sabitliyinə, firavanlığına, müstəqilliyinə və ərazi bütövlüyünün tanınmasına görə verdiyi mühüm dəstəyə və sözügedən əməkdaşlığa qarşı ədalətsizlikdir.

B.Saakyanın Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağda film çəkilişləri müzakirəsi aparması, Dağlıq Qarabağın daxili və xarici siyasətində söz açması, Chatam House-da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri haqqında danışılması Böyük Britaniya hökümətinin Azərbaycana qarşı olan qərəzini ortaya qoyur. Böyük Britaniya höküməti Dağlıq Qarabağ adlı Cumhuriyyətin olmadığını çox yaxşı bilməlidir.

İslam ölkəsi olan Azərbaycana qarşı atılan bu addım, biz gənclərdə niyə məhz Dağlıq Qarabağ sualını yaradır?! Məgər bunların yerində Serbiya, Kosova, Abxaziya və ya Cənubi Osetiya ola bilməzdimi?
Bizlər münaqişə tərəfinin gəncləri olaraq, bütün dünya ölkələrində sülhün bərqərar olunmasının və əmin amanlıq şəraitində yaşayışın təmin olunmasının tərəfdarlarıyıq. Hüquqları tapdalanmış insanların hüquqlarının bərpa olunması eyni zamanda, dünya coğrafiyasında müharibələrə son qoyulması bütün dünya gəncləri kimi biz gənclərin də istəyidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti