Prezident İlham Əliyev: “Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər”

Prezident İlham Əliyev: “Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər”

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti oktyabrın 25-də Sumqayıtda "Azərikimya" İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində iştirak edib.

Bu zavodun ərsəyə gəlməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətləri olub. 1994-cü ildə "EP-300" və "Polimer-120" qurğularının əsasında yaradılmış etilen-polietilen zavodunun adı yeni bir müəssisə kimi ölkəmizin sənaye xəritəsinə yazılıb.

Son beş ildə zavodun enerji sistemində aparılan əsaslı təmir və yenidənqurma işləri nəticəsində istehsalatın elektrik enerjisi ilə fasiləsiz və etibarlı təchizatına imkan yaranıb, elektrik enerjisi, buxar və qaz itkilərinin qarşısı alınıb. Bu isə istehsal edilən əmtəəlik məhsullarda enerji daşıyıcılarının xüsusi çəkisinin əhəmiyyətli dərəcədə azalması və maya dəyərinin minimuma enməsinə səbəb olub. Bu il zavodun istehsalata və keyfiyyətə nəzarət, həmçinin sənaye-sanitar sahələrini özündə birləşdirən və müasir cihazlarla təchiz edilən yeni laboratoriyası da əsaslı təmir olunub.

2013-cü ildə istismara verilən azot-oksigen kompleksi zavodun və təmir-tikinti idarəsinin azot - oksigenə olan tələbatını tam həcmdə ödəməyə imkan yaradıb. 1987-ci ildən istismar olunan köhnə qurğunun əvəzində yeni azot-oksigen kompleksində innovasiyalı texnologiyaların tətbiqi sayəsində minimum enerji sərfiyyatına malik müasir avadanlıq quraşdırılıb. Yeni kompleksin bütün sistemləri avtomatik idarə edilir.

Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı "Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında" Sərəncamına əsasən "Azərikimya" Dövlət Şirkəti SOCAR-ın tabeliyinə verildikdən, "Azərikimya" İstehsalat Birliyi yaradıldıqdan sonra əsas hədəflərdən biri də bu sahədə fəaliyyətin gücləndirilməsi, neft-qaz emalı və neft-kimya sənayesinin səmərəliliyinin yüksəldilməsi, məhsulların rəqabət qabiliyyətinin artırılması oldu.

Dövlətimizin başçısına maye qazları kükürdlü birləşmələrdən təmizləyəcək yeni qurğu barədə də məlumat verildi. İllik layihə gücü 87.600 ton olan qurğunun istismara verilməsi nəticəsində məqsədli məhsul olan propilenin digər məhsullara çevrilməsinin qarşısı alınacaq.

2013-cü ildə istismara verilmiş müasir tipli susoyutma qurğusu zavodda innovasiyalı texnologiyalar əsasında yaradılaraq ümumilikdə kompleksin dayanıqlı və səmərəli işini təmin edib. Yeni qurğunun enerji sərfiyyatı köhnə qurğuya nisbətən daha aşağıdır. Bu da zavodun ümumi enerji sərfiyyatının azaldılması prosesinə müsbət töhfəsini verir.

Diqqətə çatdırıldı ki, zavodda istismara verilmiş yeni qurğulardan biri də mütləqləşdirilmiş izopropil spirti sahəsidir. 2010-cu ildən başlayaraq "Azərikimya" İstehsalat Birliyində zəhərli və zərərli, müasir standartlara cavab verməyən, iqtisadi cəhətdən qeyri-səmərəli və əsasən, ətraf mühitin ekologiyasına mənfi təsir göstərən istehsalatlar sökülərək yenidən qurulub. Çirklənmiş ərazilərdən külli miqdarda zəhərli maddə və kimyəvi tullantı utilləşdirilib. Təmizlənmiş ərazilərdə müasir tipli, ekoloji normalara uyğun yeni istehsal sahələrinin tikintisi aparılır.

Ulu öndər Heydər Əliyev 1998-ci ildə Yaponiyaya səfəri zamanı müstəqil Azərbaycanın tarixində ilk dəfə buxar-generator kompleksinin alınmasına nail oldu ki, bu da ölkənin neft-kimya sənayesinin inkişafı tarixinə dahi rəhbərin ən böyük xidmətlərindən biri kimi yazıldı. Ümummilli Lider 1999-cu ildə bu kompleksin təməlqoyma mərasimində, 2001-ci ildə isə açılışında iştirak edib. Bu kompleks nəinki kimya sənayesini tənəzzüldən xilas etdi, hətta "Azərikimya"nın bu günü üçün etibarlı enerji təminatının yaradılmasında mühüm vasitə oldu.

Diqqəti cəlb edən layihələrdən biri də gündəlik gücü 2600 kubmetr olan yeni istehsalat tullantı sularının təmizlənməsi qurğusunun tikintisidir. 2016-cı ildə istifadəyə veriləcək bu qurğunun inşa edilməsinin əsas məqsədı Xəzər dənizinə atılan suların maksimal təmizlik həddinin təmin edilməsi və təmizlənmiş suyun irriqasiya məqsədlərində istifadə olunmasıdır.

Sonra dövlətimizin başçısı zavodun kollektivi ilə görüşdü.

Prezident İlham Əliyev çıxış edərək dedi: "Mən sizi ürəkdən salamlayıram. Bu gün Sumqayıt şəhərində əlamətdar bir gündür, yeni qurğular istifadəyə verilir. Eyni zamanda, kimyaçıları yubiley münasibətilə təbrik etmək istəyirəm. Biz bu il kimya sənayesinin 70 illik yubileyini qeyd edirik.

Kimya sənayesinin çox böyük ənənələri, böyük tarixi var. Bu gün isə kimya sənayesi yeni dövrə qədəm qoyur. Bu, müasir, yeni texnologiyalar dövrüdür. Çox şadam ki, son vaxtlar bu ərazidə görülən işlər ən yüksək standartlara cavab verir.

Sumqayıt kimyaçılar şəhəri kimi salınmışdır. Bu gün Sumqayıt Azərbaycanın böyük sənaye mərkəzinə çevrilibdir. Bu gün Sumqayıtda yeni müəssisələr, güclü sənaye potensialı yaradılır, iş yerləri açılır. Bu gün bir yeni zavodun açılışında, bir böyük zavodun təməlqoyma mərasimində iştirak etmişəm. Hər iki zavod Azərbaycanın sənaye potensialının inkişafı üçün çox böyük əhəmiyyətə malikdir".

Dövlət başçısı deyib ki, "SOCAR Polymer" zavoduna 750 milyon dollar sərmayə qoyulacaqdır və bu sərmayə öz növbəsində, yeni iş yerlərinin açılmasına, yeni sənaye sahələrinin yaradılmasına gətirib çıxaracaqdır: "Bu, çox böyük investisiya layihəsidir və əminəm ki, vaxtında icra ediləcək. Beləliklə, Azərbaycanda çox güclü sənaye potensialının inkişaf etdirilməsində növbəti önəmli addım atılacaqdır.

Eyni zamanda, bu gün hidrotexniki avadanlıqlar zavodunun açılışını qeyd etdik. Bütün bu işlər Sumqayıt Kimya Sənaye Parkında görülür. Bir neçə il bundan əvvəl mənim Sərəncamımla Sumqayıtda Kimya Sənaye Parkının yaradılması haqqında işlər görülməyə başlanmışdır. Bu gün artıq biz bu işlərin birinci nəticələrini görürük. Əminəm ki, Sumqayıt Kimya Sənaye Parkı bir neçə ildən sonra tam gücü ilə işləyəcək.

Parkın ərazisi tamamilə təmizlənib. Parkda artıq ilk müəssisələr yaradılır. Növbəti illərdə həm daxili, həm xarici investisiyalar hesabına milyardlarla dollar həcmində sərmayələr qoyulacaq. Artıq 1 milyard dollardan çox məbləğin qoyuluşu nəzərdə tutulur və bu da ölkəmizin ümumi inkişafını göstərir. Çünki həm xarici, həm yerli investorlar ölkəmizin gələcəyinə inanırlar. İnanırlar ki, Azərbaycan bundan sonra da inkişaf yolu ilə gedəcək.

Kimya sənayesi, müasir texnologiyalar, qeyri-neft sektorunun inkişafı ölkə iqtisadiyyatını irəliyə aparacaq əsas amillərdir. Ölkə iqtisadiyyatı isə ilk növbədə, sənaye istehsalından asılıdır və şadam ki, bu gün Azərbaycanda yaradılan müasir müəssisələr ən yüksək standartlara cavab verir. Bizim siyasətimiz bundan ibarətdir. Sənayeləşmə siyasətinin aparılması üçün bizdə güclü iradə var. Eyni zamanda, burada yaradılan və yaradılacaq şəraitdən özəl qurumlar da istifadə edəcəklər. Çünki biz artıq xammal yox, hazır məhsul ixrac edəcəyik. Kiçik və orta sahibkarlar üçün də çox böyük imkanlar yaradılacaq. O məhsullar ki bu günə qədər idxal edilirdi, artıq Azərbaycanda istehsal olunacaq və bütün bu işləri görmək üçün çox böyük tədbirlər planı icra edilir. İlk növbədə, Azərbaycanda investisiya iqlimi müsbətdir, digər tərəfdən, dövlət vəsaiti qoyulur, özəl sektor da bu işlərdə fəal iştirak edir".

Prezident qeyd edib ki, eyni zamanda, bütün xoşagəlməz hallara qarşı daha da ciddi mübarizə aparılmalıdır: "Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın".

İlham Əliyev vurğulayıb ki, bu gün biznes mühitinin yaxşılaşması üçün bütün şərait yaradılır: "Siyasi iradə var, qanunvericilikdə düzəlişlər edilibdir, yeni qaydalar tətbiq olunur və əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır. Çünki bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər göstərilir, onların işinə müdaxilələr olur, onlara qarşı əsassız tələblər irəli sürülür, qanunsuz ödəmələr tələb olunur. Bütün bunlara son qoyulur və son qoyulacaq. Bütün hallarda həm inzibati tədbirlər, həm cəza tədbirləri davam etdiriləcək. Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, Prezidentin siyasi iradəsi var. Belə olan halda dövlət qurumları burada maneçilik törətməməlidirlər, əskinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin.

Burada işlərin böyük hissəsi dövlətin və Dövlət Neft Şirkətinin vəsaitləri hesabına görülür ki, sənaye potensialımız inkişaf etsin. Özəl qurumlar da gəlib burada iş görəcəklər, bu imkanlardan istifadə edib öz fəaliyyətlərini genişləndirəcəklər, daha çox vəsait əldə edəcəklər və həmin vəsaiti Azərbaycana daha çox investisiya şəklində yatıracaqlar. Bax, bizim siyasətimiz bundan ibarətdir. Bir daha demək istəyirəm ki, Azərbaycanın bu istiqamətdəki siyasəti birmənalıdır. Mən dəfələrlə xəbərdarlıq etmişəm və bir daha deyirəm, kim ki, söz başa düşmür, öz cəzasını alacaq. Bu gün həm ictimaiyyət, həm sahibkarlar görürlər ki, biz artıq konkret addımlar atmağa başlamışıq. Ona görə bu gün dünyada yaşanan böhran zamanı belə nəhəng qurğuların istifadəyə verilməsi, investisiyaların cəlb edilməsi və iqtisadi sahədə inkişafa nail olmağımız Azərbaycanın gücünü göstərir. Heç bir qüvvə bizim yolumuzda dayana bilməz. Çünki bizim yolumuz inkişaf, tərəqqi, sosial rifah, sosial ədalət yoludur".

Dövlət başçısı vurğulayıb ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra da aparılacaq: "İş adamlarının fəaliyyətinə müdaxilə edən dövlət qurumları bundan sonra da cəzalandırılacaq, artıq ictimaiyyət bunu görür və görəcək. Bizim çox güclü siyasi iradəmiz var. Bu iradənin təməlində Azərbaycan xalqının dəstəyi dayanır. Xalq da bizim bütün təşəbbüslərimizi alqışlayır, bəyənir, dəstəkləyir. Əgər bu dəstək olmasa biz heç bir iş görə bilmərik".

İlham Əliyev əminliklə bildirib ki, Azərbaycan 2015-ci ili də uğurla başa vuracaq. "Bu gün burada təməl daşını qoyduğum "SOCAR Polymer" müəssisəsi nəinki Azərbaycanda, regionda ən böyük investisiya layihələrindən biridir. Əminəm ki, bu gözəl nümunə digər qurumlar tərəfindən də bir nümunə kimi qəbul olunacaq. Mən bir daha bütün iş adamlarını Azərbaycana sərmayə qoymağa dəvət edirəm. Əgər onların işinə müdaxilələr varsa, onlara bir daha müraciət edib deyirəm ki, dərhal məlumat verin, dərhal səsinizi qaldırın. Cəmiyyətdə ictimai nəzarət daha da güclü olmalıdır və hər bir siqnala reaksiya verilir, araşdırılır və əgər təsdiqini tapırsa, onda ölçülər götürülür.

Mən bir daha sizi ürəkdən təbrik etmək istəyirəm. Kimya sənayesi yeni dövrə qədəm qoyubdur. Sumqayıt nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Bu gün Sumqayıtın potensialı artır, işsizlik aradan qaldırılır, şəhərin abadlaşdırılması üçün, sosial sahədə əlavə tədbirlər görülür. Mən dəfələrlə demişəm, insanları narahat edən bütün məsələlər aradan qaldırılmalıdır. Sumqayıtda dəfələrlə olmuşam və istəyirəm ki, burada heç bir problem olmasın. Nə sosial sahədə, nə infrastruktur, nə idarəetmə sahələrində heç bir problem olmasın, insanlar rahat, rifah, əmin-amanlıq içində yaşasınlar.

Sumqayıt bundan sonra da ölkəmizin sənaye və iqtisadi inkişafı işində öz sözünü deyəcək. Bütün sumqayıtlıları mən bir daha salamlayıram, ən xoş arzularımı çatdırıram. Sizi bir daha təbrik edirəm".

Azərbaycan Prezidenti butilen-butadien fraksiyasının hidrogenləşməsi və maye qazların kükürdlü birləşmələrdən təmizlənməsi qurğularını işə saldı.

Daha sonra xatirə şəkli çəkdirildi.

Qeyd edək ki, hər iki qurğunun layihəsi "Azərikimya" İstehsalat Birliyinin xüsusi konstruktor bürosu tərəfindən hazırlanıb. İnşası "Azərikimya"nın təmir-tikinti idarəsi tərəfindən icra edilən qurğular avtomatik idarəetmə sistemləri ilə təchiz olunub. Butilen-butadien fraksiyasının hidrogenləşməsi qurğusunun layihə gücü ilkin mərhələdə ildə 120 min tondur. Yaxın perspektivdə isə bu rəqəmin ildə 250 min tona çatdırılması nəzərdə tutulur.

"Azərikimya" İstehsalat Birliyinin 2015-2019-cu illər üçün hədəfi mövcud istehsalatı modernləşdirmək, yeni tikiləcək polipropilen və yüksək sıxlıqlı polietilen istehsalatlarını tələb olunan miqdarda və keyfiyyətdə xammalla təmin etmək və "EP-300" istehsalatının səmərəliliyini artırmaqdır.

Beləliklə, Azərbaycanda yeni zavod, fabrik, istehsalat sahələrinin yaradılması, mövcud müəssisələrin daha müasir qurğularla təchiz edilməsi bütövlükdə ölkə iqtisadiyyatının inkişafına töhfəsini verir. Bütün bu addımlar bir daha göstərir ki, dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, Azərbaycanda başlanılan bütün layihələr uğurla icra edilir, yeni-yeni müəssisələr, istehsalat sahələri açılır.

Bugün sifariş əsasında  “qara piar” aparan radikal müxalifətin hərisliyi ucbatından topraqlarımız işğal olunmuşdu - ŞƏRH
Bugün sifariş əsasında “qara piar” aparan radikal müxalifətin hərisliyi ucbatından topraqlarımız işğal olunmuşdu - ŞƏRH
Birinci Qarabağ müharibəsinin məğlub müxalifət qalıqları tarixi Qələbəni həzm edə bilmir - ŞƏRH
Birinci Qarabağ müharibəsinin məğlub müxalifət qalıqları tarixi Qələbəni həzm edə bilmir - ŞƏRH
Ağdam rayonunun Şahbulaq kəndi (FOTO/VİDEO)
Ağdam rayonunun Şahbulaq kəndi (FOTO/VİDEO)
Loading Bars
Xəbər lenti
Zərdabda yaşayış yerini qanunsuz tərk edən aktiv koronaviruslu xəstəyə cinayət işi açılıb
İranda sutka ərzində 389 nəfər koronavirusdan ölüb
Xırdalandakı uçquna görə, 9 məcburi köçkün ailəsi müvəqqəti ünvanda yerləşdirilib - Komitə
Daşkəsəndə karantin rejimini pozan iaşə obyektləri aşkarlanıb
Bugün sifariş əsasında “qara piar” aparan radikal müxalifətin hərisliyi ucbatından topraqlarımız işğal olunmuşdu - ŞƏRH
Koronavirus mutasiyaya uğrayıb - İranın səhiyyə naziri xəbardarlıq etdi
Azərbaycanda COVID-19-a 4 170 yeni yoluxma qeydə alınıb, 1 985 nəfər sağalıb, 38 nəfər vəfat edib
Yaponiya məlumatları yüksək sürətlə ötürmək üçün peyk buraxıb
Birinci Qarabağ müharibəsinin məğlub müxalifət qalıqları tarixi Qələbəni həzm edə bilmir - ŞƏRH
Rusiyada sutka ərzində 26 mindən çox insan koronavirusa yoluxub
Ağdam rayonunun Şahbulaq kəndi (FOTO/VİDEO)
Sabah Azərbaycanda yağış, qar yağacaq
Birinci Qarabağ müharibəsinin təcrübəsi göstərir ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur - Politoloq
Gürcüstanda daha 4 426 nəfər koronavirusa yoluxub
Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq
Şabranda yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstələri müəyyən edilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin elmi-praktiki konfransı keçirilib (FOTO)
Qarabağ xalçalarının salnaməsi (FOTO)
Əfqanıstanda partlayış nəticəsində 21 nəfər həlak olub
İşğaldan azad olunmuş Kəlbəcər rayonunun kəndləri(FOTO/VİDEO)
Mayk Tayson və Roy Conson arasındakı döyüş heç-heçə ilə nəticələndi
Azərbaycandan Türkiyəyə təbii qaz ixracı azalıb
İşğaldan azad edilmiş ərazilərimizdə təhsil infrastrukturunun qurulması ilə bağlı TƏKLİFLƏR
Abşeronda "Volkswagen" yanıb
Britaniyada bir gündə koronavirusa 15 871 yoluxma qeydə alınıb
Hemilton "Formula-1" üzrə Bəhreyn Qran Prisinin təsnifat mərhələsinin qalibi oldu
Qazaxıstanda koronavirusa daha 826 nəfər yoluxub
Nigeriyada onlarla "Boko Haram" silahlısı öldürülüb
BƏƏ-də ABŞ hərbçisi həlak olub
Dünyada koronavirusa yoluxanların sayı 62 milyon nəfəri ötüb
Fransada koronavirusa yoluxanların sayı 2,2 milyonu ötüb
Londonda polis 150-dən çox nümayişçini saxlayıb
Türkiyə XİN-i iranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsini pisləyib
Futbol üzrə İspaniya çempionatında "Real" "Alaves"ə məğlub oldu
Tovuzda minik avtomobili yanıb
Parisdə keçirilən etiraz aksiyasında 46 min nəfər iştirak edib
Şirvanda mənzildə qadın meyiti aşkarlanıb
Hikmət Hacıyev Tərtər və Ağdama səfərindən foto və videogörüntülər paylaşdı
Moskvada koronavirusdan daha 72 nəfər ölüb
"Qarabağ" qaçqın və məcburi köçkünlər arasında sürgündə olan yeganə futbol klubu idi - Hikmət Hacıyev (FOTO)
Azərbaycanda əmtəə qazının hasilatı artıb
Türkiyədə koronavirusdan sağalanların sayı 396 mini keçib
Mustafa Şentop: Azərbaycanın öz torpaqlarını azad etməsi Tarixi İpək Yolunu canlandıracaq
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Fransada etiraz aksiyalarında 37 polis xəsarət alıb
Dünyada koronavirusa rekord sayda yoluxma halı qeydə alınıb - ÜST
İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qətnamələr qəbul edilib
“Associated Press” Ermənistanın Gəncəyə raket hücumunun ağır nəticələri ilə bağlı reportaj yayıb (FOTO/VİDEO)
Beynəlxalq ictimaiyyət terrorizmin qarşısında dayanmalıdır - Zərif
ANAMA Füzulidə 4 mülki şəxsin minaya düşərək həlak olması ilə bağlı məlumat yaydı
Ağdam 27 il işğal altında qaldıqdan sonra (VİDEO)
Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin üçüncü modul təlimi keçirilib (FOTO)
Azərbaycan komandası bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb
Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar - "France-24"in Ağdamdan reportajı
Azərbaycanın bədii gimnastika üzrə gənclər komandasının Avropa çempionatındakı çıxışının nəticələri məlum olub
Somalinin paytaxtında partlayış olub, 6 nəfər ölüb
Kəlbəcər rayonunun Vəng kəndi (VİDEO)
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 28.11.2020 tarixli bölüm
Daxili İşlər Nazirliyinin mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək
Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib (FOTO)
Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən xəbərdarlıq
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
Azərbaycanda COVID-19-a 4 212 yeni yoluxma qeydə alınıb, 1 760 nəfər sağalıb, 32 nəfər vəfat edib
Avropa Müsəlman Forumunun prezidenti və İdarə Heyətinin üzvləri Prezident İlham Əliyevi təbrik ediblər
BQXK TƏBİB-ə 10 ədəd “Döyüş yaralıları üçün tibbi yardım dəsti” ianə edib (FOTO)
AXC-nin xəyanəti ilə işğal edilmiş torpaqlarımız Prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində azad edildi - Deputat
“AzerGold” QSC-nin “Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib (FOTO)
Füzulidə 4 mülki şəxs minaya düşərək həlak olub - Baş Prokurorluq
Prezidentə yazırlar: Sizin rəhbərliyiniz altında Azərbaycan qüdrətli dövlətə çevrildi
Mariya Pavlovna Hüseynova Prezident İlham Əliyevi təbrik edib
Poltavada Azərbaycanla Ukraynanın birgə investisiya layihələri müzakirə edilib (FOTO)
Hikmət Hacıyev, diplomatik nümayəndələr və "Qarabağ" klubu Ağdam məscidində (FOTO)
Koronavirusa yoluxan Astara sakinləri evi tərk edibər, istintaq aparılır (FOTO)
Azərbaycan xurması Slovakiya və Çexiyaya ixrac ediləcək
İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)
İranda 391 nəfər koronavirusdan ölüb
Azərbaycanda "Yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması" layihəsi reallaşdırılacaq
AQTA yanında İctimai Şuraya üzvlər seçilib (FOTO)
Ötən günün yol qəzaları: 2 ölü, 2 yaralı
Baxımsız və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı sosial müdafiə və reabilitasiya sistemi təkmilləşəcək
Hikmət Hacıyev və diplomatik nümayəndələr Ağdama gəlib
Vətəndaşın təzyiqə məruz qalması barədə fikirlər həqiqəti əks etdirmir - DİN
Koronavirus diaqnozu qoyulan Füzuli sakini küçədə saxlanıldı
Mixail Qusmanın “Anatoli Dobrınin. Səfirin həyatından 24 il və 14 gün” filminin Azərbaycanda premyerası olub
Paytaxt sakinləri karantin qaydalarına necə əməl edir? (FOTO)
Yaşayış yerini qanunsuz tərk edən COVİD-19 daşıyıcıları barədə cinayət işi başlanıb (FOTO/VİDEO)
Yerevanda əsgər anaları növbəti aksiya keçirir
Ermənistan ordusunun Tərtərə atdığı “Smerç” raketi yerli muzeyə təhvil verilib - Hikmət Hacıyev (VİDEO)
Azərbaycanda "Ağıllı şəhər" layihəsinin yekun strategiyası hazırlanır
İngiltərədə Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib
Qarabağ və cəmiyyət üçün könüllülük; uğur düsturu - debat və müzakirələr
Sumqayıt şəhər polis idarəsinin rəisinin Gəncəyə təyinatı ilə bağlı məlumat yalandır - DİN
Rusiyada daha 510 nəfər koronavirusdan öldü
44 gündə Tərtərə 16 mindən çox mərmi atılıb - İcra başçısı
Sabahın hava proqnozu açıqlanıb
Evi tərk edən daha 4 koronavirus xəstəsi saxlanıldı (FOTO)
Türkiyə Qarabağdan Suriyayadək İslam coğrafiyasını canı bahasına qorumaq məcburiyyətindədir - Ərdoğan
Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar - Şuşa əməliyyatının iştirakçısı (FOTO)
OPEC+ neft hasilatını daha iki-üç ay müddətinə azaltmaq niyyətindədir.
Bugünədək sahələrdən 6240 ton tütün yığılıb
Bütün xəbərlər