Dövlət müşaviri: Azərbaycan Prezidentinin “Multikulturalizm ili” ilə bağlı dünyaya ötürdüyü siyasi, mənəvi çağırış ünvanına çatdı

Dövlət müşaviri: Azərbaycan Prezidentinin “Multikulturalizm ili” ilə bağlı dünyaya ötürdüyü siyasi, mənəvi çağırış ünvanına çatdı

Bakı. Trend:

Azərbaycan Prezidentinin “Multikulturalizm ili” ilə bağlı dünyaya ötürdüyü siyasi, mənəvi çağırış ünvanına çatdı.

Trend-in məlumatına görə, bunu bu gün Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev deyib.

K.Abdullayev bildirib ki, Azərbaycan Prezidenti müdrik siyasi iradə ilə 2016-cı il “Multikulturalizm ili” elan etdikdən sonra il ərzində insanlarımız nəinki öz daxilinə nəzər saldı, həmçinin öz keçmişinə diqqət yetirdi, dünyada hökm sürən dəyərləri saf-çürük etdi və bir daha əmin oldu ki, vaxtilə multikulturalizm siyasi xəttinin sistemliliyini təmin edən Ulu Öndər uzaqgörənliyi ilə Azərbaycanın uğurlu gələcəyi üçün çox möhtəşəm, işıqlı bir siyasi platforma qurub:

“Beləcə özü olmayan ulduzların işığı onların sevdiklərinin və onları sevənlərin qəlbinə, ruhuna, o ulduzlar göy üzündə artıq cismən olmasalar da, gəlib çatır. Zati-aliləri, il ərzində az iş görülmədi. Desəm ki, bunları çətinliklər hesabına etdik, həqiqətə uyğun olmaz. Hansı ölkədə, hansı məkanda olduqsa, Azərbaycan multikulturalizmi barədə, Azərbaycan həqiqətləri haqqında söhbət açarkən o söhbətin, o ünsiyyətin əsasının artıq qoyulmuş olduğunu gördük və həyata keçirmək istədiyimiz işlər münbit zəmində cücərməyə başladı. Bu münbit zəmini Siz dünya siyasi proseslərindəki əməli fəaliyyətinizlə yaratmışdınız. Bu zəmini Heydər Əliyev Fondu, onun prezidenti Mehriban xanım Əliyeva xarici ölkələrdə həyata keçirdiyi, bəşəri dəyərlərə verdiyi töhfələrlə yaratmışdı. Bu münbit zəmini qəlbində öz Prezidentinə inam və sədaqət, dinindən və millətindən asılı olmayan Azərbaycan insanı yaratmışdı”.

K.Abdullayev vurğulayıb ki, bu gün dünyada multikulturalizm siyasəti ilə bağlı iki qütbün formalaşmasını görməmək mümkün deyil:

“Birinci qütbü bədbin qütb adlandıra bilərik. Onu 2011-ci ildə Böyük Britaniyanın sabiq Baş naziri Devid Kemeron formalaşdırdı və bütün dünyaya bəyan etdi ki, Avropada multikulturalizm siyasəti müxtəlif mədəniyyətlərin bir-biri ilə inteqrasiya olmaqdan imtina etməsi səbəbindən iflasa uğradı. Bu, həqiqətən, bədbin nəticə idi və zamanın göstərdiyi kimi, həm də qorxulu sonuclara – qarşıdurmalara, kataklizmlərə, fəlakətlərə gətirib çıxardı. Digər qütbü isə nikbin qütb adlandıra bilərik və bunun təntənəsini bu gün biz Azərbaycanda görürük. Əlbəttə ki, nikbin qütbün beynəlxalq aləmdə əsl siyasi memarı Sizsiniz – bunu təkcə biz demirik, bunu dünyanın qabaqcıl, insanpərvər, sülhməramlı, qaralı-ağlı, müxtəlif dinə və məzhəbə qulluq edən, müxtəlif millətlərə mənsub olan, özünü bəşər övladı sayan yüz minlərlə, milyonlarla daxilən azad, ruhən böyük, qəlbən geniş insanlar deyir. Bunu artıq ənənəyə dönmüş Beynəlxalq Humanitar Forumun üzvləri söyləyir. Bunu mədəniyyətlərarası dialoqun müəllifi olduğunuz Bakı Prosesinin iştirakçıları deyir. Bunu onlarla xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” dərsinin gənc dinləyiciləri və müəllimləri bəyan edir. Bunu sizin titanik zəhmətinizin qədrini yaxşı bilən ən sadə azərbaycanlılar dilə gətirir.

“Multikulturalizm ili” elan edilərkən ölkə Prezidenti tərəfindən dəqiq siyasi və ideoloji hədəflər göstərilmişdi. Azərbaycan müxtəlifliklərdən qaynaqlanmış möhtəşəm eyniliyi ilə bu siyasi-ideoloji-mənəvi hədəflərə doğru irəlilədi. Cəmiyyətin, hökumətin bütün zümrələri, qurumları, institutları həmahəng, bir-birini tamamlayan addımlar atdılar. Əslində, bütün Azərbaycan bir möhtəşəm addım atdı və bütün dünya bir daha inandı ki, xalqla Prezidenti təkcə siyasi amillər deyil, yüksək mənəvi, insani amillər birləşdirir. “Multikulturalizm ili” bu birliyin yeni rakursdan daha bir təzahürünə çevrildi. Eyni zamanda, bu il Azərbaycan liderinin bəşəri dəyərlərə münasibətini bir daha sərgilədi, onun siyasi xadim kimi qəlbini bir daha bütün genişliyi ilə dünyaya açdı, onun öz xalqının, onun tarixinin, ədəbiyyatının, dilinin, mədəniyyətinin vurğunu olduğunu hər kəsə göstərdi. Azərbaycanda yaşayan hər bir millətin, dinin nümayəndəsinə özününkü qədər hörmət və ehtiramını bir daha sübut etdi”.

Dövlət müşaviri qeyd edib ki, Prezidentin bu münasibətinin ölkə daxilindəki bütün konfessiya və millətlərə bərabər şəkildə paylanmasının xüsusi əhəmiyyəti var: “Məhz belə bir siyasi xətt ölkənin multikultural təhlükəsizliyini təmin edir və ölkədaxili əmin-amanlığın, ölkə xaricində isə özünəinamın təməlini möhkəmlədir. Multikulturalizm siyasətinin bariz təzahürü həm də multikultural təhlükəsizliyin qorunmasına yönəlmiş belə bir Prezident iradəsidir desək, heç də səhv etmərik. Rəqəm və faktların dilinə keçsək, ilk növbədə, onu qeyd etməliyəm ki, “Multikulturalizm ili” ilə əlaqədar 2016-cı il martın 11-də imzalanmış geniş, çoxşaxəli tədbirlər planı tam olaraq həyata keçdi. Bu tədbirlər planında ölkədə və xaricdə elmi-metodoloji konfransların, “dəyirmi masa”ların, seminarların, festivalların, konsertlərin, tamaşaların, sərgilərin, müsabiqələrin, yay və qış multikulturalizm məktəblərinin keçirilməsi, “Azərbaycan multikulturalizmi” fənninin proqramının yaradılması və dərsliyinin hazırlanması, müxtəlif xarici və ölkə universitetlərində bu fənnin tədrisi, multikulturalizmin nəzəri-praktiki məsələlərinə, tarixi və müasir aspektlərinə həsr olunmuş məqalə və monoqrafiyaların nəşri, xaricdə və ölkədə Azərbaycan multikulturalizminin dayaq nöqtələrinin yaranması və bir sıra başqa məsələlər öz əksini tapmışdı”.

Onun sözlərinə görə, beləliklə, çoxşaxəli multikulturalizm hərəkatı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının daha bir effektli yolunu müəyyənləşdirdi: “Xüsusilə, İsveçdə, İngiltərədə, Almaniyada, İtaliyada, Fransada, Rusiyada Qafqaz Müsəlmanları İdarəsi sədrinin rus pravoslav kilsəsinin rəhbərliyinin, katoliklərin nümayəndələrinin, udinlərin dini rəhbərlərinin, dağ və Avropa yəhudilərinin rəhbərlərinin və digər dini, milli icmaların üzvlərinin yerli konfessiya və dövlət xadimləri ilə faydalı görüşlərini qeyd edə bilərəm. Ölkə daxilində AMEA institutlarında, universitetlərdə, məktəblərdə (xüsusilə, Nardaran qəsəbəsində və müxtəlif bölgələrdə) keçirilən “dəyirmi masa”lar, seminarlar cəmiyyətin ən müxtəlif təbəqələrinin ürəkdolusu fikir və ideya bölüşdüyü məkanlara çevrildi.

Sizin yaratdığınız Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin də fəaliyyəti, düşünürəm ki, məqsədyönlü oldu. Bu Mərkəz ilin əvvəlindən bu günə qədər 15 xarici ölkədə – Portuqaliyada, İtaliyada, Almaniyada, Rusiyada, Gürcüstanda, İndoneziyada, Litvada, Polşada, Çexiyada, Bolqarıstanda, İsveçrədə və başqalarında, həmçinin 36 Azərbaycan universitetində “Azərbaycan multikulturalizmi” adlı fənnin tədrisini həyata keçirdi. Onu da qeyd eləmək istərdim ki, əgər əvvəllər biz xarici universitetləri belə bir fənnin tədrisinin vacibliyini inandırmağa çalışırdıqsa, bu gün bizə həm artıq əlaqə qurduğumuz universitetlərdən, həm də tamamilə yeni universitetlərdən təkliflər gəlir. Azərbaycanı öyrənmək, onunla əlaqə yaratmaq istəyən xarici tədris ocaqlarının sayı semestrdən-semestrə artır. Bu, o deməkdir ki, həmin ölkələrin gənclərini ölkəmizə bağlayan xətlər möhkəmlənir. Həmin universitetlərin tələbələri Azərbaycan multikulturalizmini öyrənirlərsə, buna xüsusi həvəsləri varsa, deməli, Azərbaycanın tarixini, ədəbiyyatını, mədəniyyətini, etnoqrafiyasını, müasir siyasi-ictimai həyatını, Azərbaycan həqiqətlərini öyrənirlər. Əsas məqsəd bu tələbələrin Azərbaycana olan maraqlarını Azərbaycana olan sevgiyə çevirməkdir. Lakin biz bununla işimizi bitmiş hesab etmirik. Bilavasitə Sizin tövsiyənizlə həmin xarici tələbələr Azərbaycanla bağlı nəzəri biliklərə yiyələndikdən sonra biz onları ildə iki dəfə – yayda və qışda Azərbaycana, yay və qış multikulturalizm məktəblərinə dəvət edirik. Onlar vətənimizin müxtəlif bölgələrində olub Azərbaycan həqiqətlərini öz gözləri ilə yerindəcə görürlər. Bu multikulturalizm məktəblərini maraqlı edən həm də odur ki, bir sıra Azərbaycan universitetlərinin tələbələri də bu tədbirdə iştirak edirlər. Eyni zamanda, onların qonaq olduqları İsmayıllı, Qusar, Qəbələ, Xaçmaz, Zaqatala, Oğuz, Şəki, Bakı gəncləri də prosesdən kənarda qalmırlar. Onlar üçün xüsusi proqramlar hazırlanır, dərslərə həm ölkəmizdən, həm də xaricdən müəllimlər, mədəniyyət, elm, siyasət xadimləri dəvət edilir. Belə şəraitdə yaranmış dostluqlar bu gün də davam edir. Gənclər görür və inanırlar ki, Ulu Öndərin dediyi kimi, Azərbaycanın güc qaynağı onda yaşayan xalqların gücündən yaranır. Onlar əsrlərboyu zülmə baş əyməyən, nəhayət, məhrumiyyətlər hesabına öz əbədi azadlığına qovuşan, müstəqilliyini əldə edən qürurlu bir xalqın müxtəlif adət-ənənələri ilə yaxından tanış olurlar və həqiqətən də onların əvvəlki, hətta bəzi halda soyuq marağı coşqun sevgi ilə əvəz olunur. Elə bunun üçün də bizim onlarla əlaqəmiz sistemli bir fəaliyyət perspektivini nəzərdə tutur. Gələcəkdə universitet fəaliyyətindən sonra da bu gənclər Azərbaycanın dostları kimi bizim yanımızda olacaqlar, biz bunun üçün konkret proqram-layihələr hazırlayırıq. Bircə onu demək yetərli sayıla bilər ki, son yay məktəbində xarici universitet gəncləri Azərbaycanın gənc dostları klubunu yaratdılar – onun həmsədrləri litvalı tələbə ilə yunanıstanlı tələbə oldu. Bu rəsmi klubun artıq saytı fəaliyyət göstərir. Klubun 200-ə yaxın üzvü var. Ən vacibi odur ki, Azərbaycana qarşı hər hansı ədalətsiz hücum olursa, Azərbaycanı ürəkdən sevən bu gənclər hamıdan əvvəl haqsızlığa cavab verirlər. Bu gün Azərbaycanın qədirbilən gənc dostları Azərbaycanı bizdən əvvəl qorumağa hazırdırlar. Azərbaycan Prezidentinin göstərdiyi konkret siyasi-ideoloji hədəfin çox vacib bir nəticəsi də budur”.

K.Abdullayev əlavə edib ki, 2016-cı ildə nəşr sahəsində də xeyli iş görüldü. Qəzet və sayt səhifələrində, ayrı-ayrı kitablarda, jurnal və toplularda multikulturalizm həm elmi-nəzəri, həm tarixi, həm mədəni, həm bölgələr üzrə, həm də müasir siyasi-ictimai baxımdan sərf-nəzər edildi. BBMM tərəfindən “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı son dərəcə əhəmiyyətli kitab çap olundu. On əsrlik Azərbaycan ədəbiyyatı tarixində ən müxtəlif klassik şair və yazıçılarımızın müxtəlif əsərlərində, dastan və nağıllarımızda başqa dinin, başqa millətin nümayəndə və rəhbərlərinə hörmət dolu münasibət, sevgi və ehtiram sərgiləndiyi bu kitab artıq rus və ingilis dillərinə tərcümə edilib:

“2016-cı ildə Sizin xeyir-duanızla “Multikulturalizm” adlı rüblük jurnalın nəşrinə də başlanıldı. Jurnal Azərbaycan multikultural dəyərlərinin dünyada, dünya təcrübəsinin isə Azərbaycanda yayılmasını nəzərdə tutur. Eyni zamanda, ümid edirəm ki, bu jurnal vasitəsilə Azərbaycan multikultural əhvalının energiyasının dünyaya yayılması prosesi gələn illərdə də davam edəcək. Ötən il BBMM-in xaricdə filiallarının yaranmasının və artıq ilk addımlarını atmasının da şahidi olduq. Bu gün Mərkəzin Drezden, Lissabon, Roma, Yekaterinburq, Moskva, İsrail, Moldova, Sofiya filialları öz ətrafına ölkələrinin tanınmış mütəxəssislərini toplamaqda və Azərbaycanla əlaqələrini bu perspektiv xətt üzrə möhkəmlətməkdədirlər. Azərbaycanın bir sıra şəhər və bölgələrindəki qurumlarında yaddaqalan proqram xarakterli tədbirlər keçirildi. Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Heydər Əliyev Fondu, AMEA, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, ictimai və dövlət təşkilatları, televiziya komitələri, yaradıcı təşkilatlar, qəzetlər, saytlar - hər biri “Multikulturalizm ili”nə öz töhfəsini verdi. Cəsarətlə demək olar ki, Azərbaycan Prezidentinin “Multikulturalizm ili” ilə bağlı həm ölkəyə, həm də dünyaya ötürdüyü siyasi, mənəvi çağırış ünvanına çatdı. Ən ucqar Azərbaycan kəndində də, məscid, kilsə, sinaqoqlarda da xalqımızın bu möhtəşəm dəyəri müzakirə obyektinə çevrildi. Ən müxtəlif bölgələrdə insanlarımız bu istiqamətdəki siyasi dəstəyi yüksək qiymətləndirdilər. Ən müxtəlif ölkələrdən – Amerikadan, İngiltərədən, Fransadan, Almaniyadan, İspaniyadan, İtaliyadan, Portuqaliyadan, Rusiyadan, Türkiyədən, İsraildən, Misirdən, Gürcüstandan, İndoneziyadan, Çexiyadan, Polşadan və başqa ölkələrdən multikulturalizm xətti ilə gələn qonaqlarımız Azərbaycan multikultural siyasətindən ağızdolusu heyranlıqla bəhs etdilər, öz ölkələrində də belə siyasi kursun vacibliyini önə çəkdilər, multikulturalizmin Azərbaycan modelinin öz ölkələrində coşqun təbliğatçılarına çevrildilər.

Bir daha çıxışımın əvvəlinə qayıtmaq istərdim. Bir il əvvəl böyük siyasi müdrikliklə mənəvi dəyərlərimizin yaşamasına, xalqın, millətin, dövlətin adının uca tutulmasına şərait yaradan Azərbaycan Prezidenti intəhasız uzaqları gördü. Nəticədə xalqımıza, ölkəmizə siyasi, mənəvi faydalar gətirən mətləblərin üzə çıxmasına real şərait yaratdı. Biz, heç şübhə etmirik ki, bu gün də yeni hədəflərin, yeni idealların astanasındayıq. 2016-cı il artıq geridə qaldı, “Multikulturalizm ili” təqvim ili olaraq sona çatdı. Amma biz inanırıq ki, təqvim illəri xalqın canında, ruhunda yaşayan zəngin potensialın ifadəsi üçün maneə ola bilməz. Multikultural əhval – başqasına şəfqət, mərhəmət, ehtiram, özünü özgədən ayırmamaq dünya xalqlarının ulu mənəvi dəyərlər xəzinəsinə bizim verə biləcəyimiz, əcdadlarımızın qanı ilə qanımıza keçən mənəvi saflıq, ləyaqət, şərəf hissləridir. Azərbaycan xalqı onları xüsusi bir coşqunluqla yenə də qoruyub yaşadacaq”.

Onun sözlərinə görə, bu gün bütün dünya görür ki, Azərbaycan necə dəyişir: "Bu gün təkcə Bakı, onun mənzərəsi deyil, ölkəmizin bütün şəhərləri, kəndləri, küçələri, meydanları, tikililəri, yolları dəyişir. Amma dəyişən təkcə bunlar deyil, bununla yanaşı, Azərbaycan insanı dəyişir, mənən, daxilən, ruhən dəyişir. Bu insan ictimai mənafeyi hər şeydən uca tutmağa başlayır. Bu insan bayrağına, dövlətinə, himninə, Prezidentinə məhəbbətini, böyük və zəngin keçmişinə sədaqətini artıq böyük bir şərəf və ləyaqətlə özündə yaşadır. Bu insan həm öz xalqını, həm də dünya xalqlarını sonsuz bir məhəbbətlə sevir. Həm milli, həm də bəşəri dəyərlərin keşiyində durur. Bunu görməmək, görməzliyə vurmaq artıq mümkün deyil. 2016-cı ilin Azərbaycanda baş vermiş multikultural təntənəsi bunu bir daha sübut etdi”.

Prezidentə yazırlar: Sizin rəhbərliyinizlə torpaqlarımızın işğaldan azad olunması üçün hər an ön cəbhədə vuruşmağa hazırıq
Prezidentə yazırlar: Sizin rəhbərliyinizlə torpaqlarımızın işğaldan azad olunması üçün hər an ön cəbhədə vuruşmağa hazırıq
Prezident İlham Əliyev: Gələn ilin büdcəsində, ilk növbədə, neftin qiyməti gərək düzgün müəyyən edilsin
Prezident İlham Əliyev: Gələn ilin büdcəsində, ilk növbədə, neftin qiyməti gərək düzgün müəyyən edilsin
Azərbaycan Prezidenti: Biz həm hərbi xərclərimizə yenidən baxmalıyıq və xüsusilə, gələn ilin büdcəsində orduya nəzərdə tutulan xərclər ordumuzun təminatını tam görməlidir
Azərbaycan Prezidenti: Biz həm hərbi xərclərimizə yenidən baxmalıyıq və xüsusilə, gələn ilin büdcəsində orduya nəzərdə tutulan xərclər ordumuzun təminatını tam görməlidir
Loading Bars
Xəbər lenti
Müdafiə Nazirliyi: Hazırda Tovuz istiqamətində döyüş gedir
Prezidentə yazırlar: Sizin rəhbərliyinizlə torpaqlarımızın işğaldan azad olunması üçün hər an ön cəbhədə vuruşmağa hazırıq
Türkiyənin cənubunda təyyarə qəzaya uğrayıb, 7 nəfər həlak olub
Amazon şirkəti məsafədən iş rejimini 8 yanvar tarixinə qədər uzatdı
Futbol üzrə İtaliya çempionatında "Yuventus" "Sassuolo" ilə heç heçə oynadı
Meksika mətbuatında işğalçı Ermənistan son təxribatı ilə bağlı məqalə dərc olunub
Ermənistanın təcavüzünün reallıqları ABŞ mediasına təqdim olunub
Panama sahillərində güclü zəlzələ baş verib
"Portu" 29-cu dəfə Portuqaliya çempionu oldu
Braziliya prezidentinin koronavirus testi yenidən müsbət çıxıb
Mikayıl Cabbarov: Avqust ayının 1-dək rəqəmsal kredit platformasında sahibkarlara eyni vaxtda 3 bank seçmək imkanı yaradılacaq
Mikayıl Cabbarov: Cari ilin 6 ayında özəl sektor üzrə ƏDV depoziti hesabına mədaxil 6,8 faiz artıb
Elman Rüstəmov: 13 min 500 nəfər əmanətçiyə 245 milyon manatdan çox vəsait qaytarılıb
Suvarmaya dair problemlərin operativ qaydada həlli üçün çağrı mərkəzi yaradılıb
Koronavirusa görə aparılan gündəlik testlərin sayı 12-13 minə qədər artırılacaq - RƏSMİ
Tovuz rayonunda 82 mm-lik minaatan mərmisi aşkar olunub (FOTO)
Azərbaycanda 6 ay ərzində pandemiya ilə mübarizədə ayrılan vəsaitdən 752 milyon manat istifadə olunub
Prezident İlham Əliyev: Gələn ilin büdcəsində, ilk növbədə, neftin qiyməti gərək düzgün müəyyən edilsin
Azərbaycan Prezidenti: Biz həm hərbi xərclərimizə yenidən baxmalıyıq və xüsusilə, gələn ilin büdcəsində orduya nəzərdə tutulan xərclər ordumuzun təminatını tam görməlidir
Prezident İlham Əliyev: Kənd təsərrüfatının intensiv yollarla inkişafı bizim üçün prioritet məsələ olmalıdır
Moskvada koronavirusdan daha 24 nəfər ölüb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 185 mindən çox artıb
Əhliman Əmiraslanov: Xalq dövlət başçısının siyasətini dəstəkləyir
Milli Məclisin deputatları Polad Həşimovun evinə gedərək ailə üzvlərinə başsağlığı veriblər
Azərbaycan Prezidenti: Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, neft, qaz, deməli yanacaq və elektrik enerjisini ixrac edir
Prezident İlham Əliyev: Su məsələləri ilə məşğul olan bir neçə dövlət qurumu var və onların arasında koordinasiya lazımi səviyyədə deyil
Aydın Quliyev: Ermənistanın son təcavüz addımları Azərbaycanda milli birlik və güclü həmrəyliyi bir daha nümayiş etdirdi
Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə məktub göndərib
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibinə məktub göndərib
Azərbaycan Prezidenti: KTMT-ya müraciət etmək Ermənistanın qorxaqlığının növbəti təzahürüdür
Prezident İlham Əliyev Pakistan İslam Respublikasının dövlət başçısına məktub göndərib
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibinə təşəkkür məktubu göndərib
Kolumbiya Senatı Tovuz istiqamətində hücumları pislədi
Prezident İlham Əliyev: Prezidentin kabinetində hər gün kolbasa, araq yeyib-içirdilər, hər gün, gecə səhərə qədər, sonra da o vaxtkı prezident saat 12-də yuxudan oyanırdı
Azərbaycan Prezidenti: Biz bu günlərdə Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük
Prezident İlham Əliyev: Bu günə qədər bizim bütün addımlarımız uğurlu olub - istər döyüş meydanında, istər siyasi müstəvidə, istər daxili vəziyyətlə bağlı, iqtisadi və digər sahələrdə
Azərbaycan Prezidenti: Dünən “Qarabağda vuruşmaq istəyirəm” deyənlər hamısı getsin öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə versin
Azərbaycan Prezidenti: Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz
Prezident İlham Əliyev: Anti-Azərbaycan qüvvələri harada mümkünsə, onları bloklayacağıq
Azərbaycan Prezidenti: Hansısa yaramaz ünsürlərın fikri 1990-cı illərin əvvəllərinə getməsin
Prezident İlham Əliyev: Bizim ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu
Azərbaycan Prezidenti: Bir çoxları bizim fəaliyyətimiz nəticəsində biliblər ki, bu çirkin təxribatı Ermənistan törətmişdir
Prezident İlham Əliyev: Ayın 12-də hadisələr baş verəndən sonra mən Xarici İşlər nazirini tapa bilmədim
Prezident İlham Əliyev: Danışıqlar prosesində tərəqqi olmayana qədər Ermənistan ilə hər hansı bir əməkdaşlıqdan söhbət gedə bilməz
Azərbaycan Prezidenti: Son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur
Prezident İlham Əliyev: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir addım geri atmayacağıq
Azərbaycan Prezidenti: Qələt eləmisən, təxribat törətmisən, cinayət törətmisən, - cavab ver buna
Prezident İlham Əliyev: Son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, Ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi
Prezident İlham Əliyev: Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz
Azərbaycan Prezidenti: Bu əməliyyat - son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir
Prezident İlham Əliyev: Azərbaycan Ordusu tərəfindən götürülmüş strateji yüksəkliklər imkan verir ki, biz Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət edək
Prezident İlham Əliyev: Bu çirkin əməldən sonra mənim göstərişimlə qisas əməliyyatının ikinci fazası başlamışdır
Azərbaycan Prezidenti: Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib
Prezident İlham Əliyev: Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı
Bəhruz Quliyev: Ordumuz barədə yalan məlumatlar yaymaq dövlətimizə və millətimizə xəyanətdir
Tamam Cəfərova: Gün, Birlik Günüdür!
Deputat: Azərbaycan xalqı öz Prezidentinə və Milli Ordusuna qətiyyətli dəstək nümayiş etdirdi
Mərkəzi Gömrük Hospitalının həkimləri koronoviruslu xəstələrinin müalicəsində artıq dördüncü dəfə EKMO aparatından istifadə ediblər (FOTO)
QMİ nümayəndəsi: Ordumuzun düşmənə layiqli cavabı bir daha Azərbaycan dövlətinin gücünü göstərir
Azərbaycan artıq regional deyil, qlobal əhəmiyyətli layihələrin təşəbbüskarı və müəllifidir - Deputat
Azərbaycan Beynəlxalq Bankından “SOCAR Polymer”ə böyük məbləğdə maliyyələşmə
Dondar Quşçuya atılan partlamış top mərmisinin qalıqları tapılıb (FOTO)
Lənkəranda guya yürüş keçiriləcəyi ilə bağlı saxta məlumatlar yayan şəxslər saxlanıldı (VİDEO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları COVID-19-la mübarizəyə dair maarifləndirmə tədbirlərində fəal iştirak edirlər (FOTO)
Rusiyada yaşayan bir qrup soydaşımız Azərbaycan dövlətinə və ordusuna öz dəstəyini ifadə edib (VİDEO)
Çindən Türkiyəyə konteyner qatarları daha tez çatmağa başlayıb
Milli Məclisin binasına dəymiş ziyanın məbləği açıqlandı (FOTO)
Türkiyə Ermənistanın atəşkəsi pozmasını şiddətlə qınayıb və hər zamankı kimi Azərbaycanın yanında olduğunu bildirib - Əhliman Əmiraslanov
Pandemiya dövrünün TƏHSİLİ - reallıqlar, çətinliklər, çıxış yolları
Tovuzun Dondar Quşçu kəndində partlamamış top mərmisi tapılıb (FOTO)
Azərbaycan gənclərinə müraciət qəbul olundu
PAŞA Bank Azərbaycanın borc bazarında 200.000.000 ABŞ dolları dəyərində istiqrazların emissiyasında iştirak etdi
Dünən təxribatçı səs yazısını yayan şəxs açıqlama verdi (VİDEO)
Politoloq: Orduya dəstək aksiyalarında karantin qaydalarına əməl edilməməsi koronavirusa yoluxma üçün əlverişli şərait yaradırdı
MÜSİAD-Azərbaycan Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatı qətiyyətlə pisləyib
Azərbaycan Prezidentin köməkçisi canlı yayımda Ermənistan XİN başçısının yalanlarını ifşa etdi
76 yaşlı kişinin ermənilər tərəfindən öldürülməsi ilə bağlı cinayət işi açıldı
Azərbaycan koronavirus pandemiyasına Xalq-Prezident həmrəyliyi ilə qalib gələcək
Əsli Kazımova: Həmrəylik nümayiş etdirərək dövlət başçısının ətrafında birləşməliyik!
“Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan cədvəli
Bu rayonlara leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA
Suraxanıda qətl hadisəsi törətməkdə şübhəli bilinən şəxs istintaqa cəlb olunub
Tural Gəncəliyev: Düşmən anlamalıdır ki, bu mübarizədə məğlub tərəf məhz özü olacaq
Həlak olan Ağdam kənd sakininin qızı: Atam danışıb sağollaşan kimi ermənilər evimizi mərmi atəşinə tutub, atamı öldürdülər (FOTO)
GGFR-in hesabatının müzakirəsi üçün Rəhbər Komitənin onlayn formatda görüşü keçirilib (FOTO)
İtaliya parlamentarları tərəfindən Azərbaycana dəstəklə bağlı növbəti açıqlamalar
Ermənistan vətəndaşı Naxçıvana keçib (VİDEO)
Gecikdirilmiş sosial ödəmənin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib
İstanbulda “Can Azərbaycana canımız fəda” adlı mitinq keçiriləcək
Xələf Xələfov: Münaqişənin həllinin süni surətdə uzadılması regional sabitlik və təhlükəsizlik üçün yeni risklər yaradır
Tovuzda jurnalistlərin və deputatların olduğu ərazi ermənilər tərəfindən atəşə tutulub
Erməni lobbisi Fransanın “L’Express” portalını hədələyib (FOTO)
Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxdu, 545 nəfər sağaldı, 7 nəfər öldü
Azərbaycan Sosial Rifah Partiyasının IX Qurultayı keçirilib (FOTO)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərib
Komitə sədri: Bir qrup təxribatçının təhriki ilə Milli Məclisin binasına hücum Azərbaycan dövlətinə, xalqına və qəhrəman əsgərinə xəyanət idi
SOCAR II rübün qazma, hasilat, emal və ixrac göstəricilərini açıqladı
Düşmən bölmələrindən birinin səhra idarəetmə məntəqəsi məhv edildi (VİDEO)
Ermənilərin Qazaxda dinc sakinlərə atəş açmaqla maddi zərər vurması ilə bağlı cinayət işi başlandı
Arzu Nağıyev: Tovuzun hər bir sakini Azərbaycan Ordusuna güvənir, ordunun yanındadır (VİDEO)
Bütün xəbərlər