...

Millət vəkili: Azərbaycan dünya kosmik sənayesində mövqelərini möhkəmləndirir

Siyasət Materials 26 Sentyabr 2018 14:03 (UTC +04:00)
Azərbaycan dünya kosmik sənayesində mövqelərini möhkəmləndirir.
Millət vəkili: Azərbaycan dünya kosmik sənayesində mövqelərini möhkəmləndirir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın növbəti “Azərspace 2” peykinin orbitə çıxarılması tarixi hadisədir və dövlətimizin növbəti qələbəsi, uğurudur. Bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, növbəti peykimizin orbitə buraxılması dövlətimizin gücünün, qüdrətinin göstəricisidir:

“Dünyada az sayda dövlətlər var ki, onlar peyklərə malikdir. Bu, təkcə bizə iqtisadi dividend gətirmir, eyni zamanda həm siyasi, həm də mənəvi mənada böyük uğur deməkdir. Son beş il ərzində 3 peykə sahib olan Azərbaycan dünyanın kosmik klubunun üzvünə çevrilib və dünya kosmik sənayesində öz mövqelərini möhkəmləndirir”.

Deputat qeyd edib ki, bu peykin orbitə çıxarılmasının çox böyük iqtisadi gəlirləri olacaq və qeyri-neft sektorunun inkişafını stimullaşdıracaq: “Ölkəmiz bu peyklər vasitəsilə böyük gəlirlər əldə edəcək. İnformasiya təhlükəsizliyi baxımından da bu peyklərin çox böyük əhəmiyyəti var”.

M.Quliyev əlavə edib ki, “Azərspace 2” peykinin orbitə çıxarılması Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə də böyük töhfədir.

Qeyd edək ki, Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Qviana Kosmos Mərkəzindəki ELA-3 buraxılış platformasından orbitə buraxılıb.

Peyk Fransanın “Arianespace” şirkətinə məxsus “Ariane 5″ daşıyıcı raketi ilə orbitə buraxılıb və startdan təqribən 42 dəqiqə sonra raketin gövdəsindən uğurla ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti