...

Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələrinə sədr və Bakı Ağır Cinayətlər Məhkəməsinə sədr müavini təyin edib

Siyasət Materials 21 Dekabr 2018 19:15 (UTC +04:00)
Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri sədrlərinin və Bakı Ağır Cinayətlər Məhkəməsi sədrinin müavininin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələrinə sədr və Bakı Ağır Cinayətlər Məhkəməsinə sədr müavini təyin edib

Bakı. Trend:

Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri sədrlərinin və Bakı Ağır Cinayətlər Məhkəməsi sədrinin müavininin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Hicran Xasay oğlu Muradov Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin sədri təyin edilsin.

Natiq Mürsəl oğlu Əliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilir.

Əfqan Niyətulla oğlu Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsi sədrinin müavini təyin edilir.

Aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələrinin sədrləri təyin edilirlər:

Əliyev Zamiq Xudaverdi oğlu - Babək Rayon Məhkəməsinin sədri

Məmmədov Mehrab Fərmayıl oğlu - Culfa Rayon Məhkəməsinin sədri

Əhmədov Zülfüqar Əziz oğlu - Kəngərli Rayon Məhkəməsinin sədri

Haqverdiyev Tural Ziyat oğlu - Ordubad Rayon Məhkəməsinin sədri

Zülfüqarov Hüseyn Nadir oğlu - Sədərək Rayon Məhkəməsinin sədri

Əliyev Mehdi Ədalət oğlu - Şərur Rayon Məhkəməsinin sədri

Aşağıdakı şəxslər Bakı şəhərinin rayon məhkəmələrinin sədrləri təyin edilirlər:

Tağıyev Nazim Hüsü oğlu - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri

Əliyev Kəramət Fətəli oğlu - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri

Aşağıdakı şəxslər rayon (şəhər) məhkəmələrinin sədrləri təyin edilirlər:

Əliyev Rəfayil Əfraddin oğlu - Biləsuvar Rayon Məhkəməsinin sədri

Kazımov Marif Sabir oğlu - Gədəbəy Rayon Məhkəməsinin sədri

Əliyev Abbas Baba oğlu - Qəbələ Rayon Məhkəməsinin sədri

Süleymanov Kamran Şakir oğlu - Oğuz Rayon Məhkəməsinin sədri

Məmmədov Elbrus Hacıbala oğlu - Zaqatala Rayon Məhkəməsinin sədri

İmanova Gülsarə Kərimovna - Zəngilan Rayon Məhkəməsinin sədri

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti