Bakı. Elçin Mehdiyev – Trend:
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü mədəniyyətimizə, eləcə də bu sahədə xidmətləri olan insanlara göstərilən diqqət və qayğının ifadəsi kimi dəyərlidir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev bildirib.
T.Rzayev qeyd edib ki, görüşdə səsləndirilən fikirlər, irəli sürülən təkliflər, qaldırılan məsələlər və bu məsələlərin həlli üçün konkret tapşırıqların verilməsi aşkarlığın, dövlət başçısı ilə ziyalılar arasında qarşılıqlı fikir mübadilələrinin əhəmiyyətinin əyani nümunəsidir, eləcə də mədəniyyət və incəsənət xadimlərinin gələcək yaradıcılıq imkanlarının yüksəlməsi baxımından bir stimuldur.
Millət vəkili vurğulayıb ki, Azərbaycan özünün təbii sərvətləri və iqtisadi göstəriciləri ilə tanındığı kimi, mədəniyyəti, mədəniyyət və incəsənət xadimlərinin görkəmli əsərləri ilə də məşhurdur:
“Mədəniyyət və incəsənət xadimləri ilə səmimi görüşlər və qaldırılan bir çox məsələlər bu sahənin inkişafına, yeni əsərlərin yaradılmasına, yaradıcı insanların ictimai həyatda, sənət aləmində fəallığının artmasına xidmət edir”.