Prezident İlham Əliyev: Azərbaycanın sürətli iqtisadi inkişafı bizə ölkəni transformasiya etməyə kömək edib

Prezident İlham Əliyev: Azərbaycanın sürətli iqtisadi inkişafı bizə ölkəni transformasiya etməyə kömək edib

Bakı. Trend:

Azərbaycanın sürətli iqtisadi inkişafı bizə ölkəni transformasiya etməyə kömək edib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: “Hörmətli həmkarlar. Xanımlar və cənablar. İlk növbədə, bu Foruma dəvətə görə Prezident Si Cinpinə minnətdarlığımı bildirmək istəyirəm. Biz bunu Azərbaycan ilə Çin arasında dostluğun və tərəfdaşlığın göstəricisi hesab edirik. Bu il Çin Xalq Respublikasının yaradılmasının 70-ci ildönümü qeyd edilir. Bu münasibətlə Prezident Si Cinpini və Çin xalqını təbrik edirəm. Bu illər ərzində Çin Xalq Respublikası bütün sahələrdə tərəqqi və inkişafa nail olub. Azərbaycan lap əvvəldən Prezident Si Cinpin tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyib. Bu layihə yalnız nəqliyyat bağlılığını təmin etmir. O, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır.

Azərbaycanın sürətli iqtisadi inkişafı bizə ölkəni transformasiya etməyə kömək etmişdir. Ötən on beş ildə iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Yatırılan 260 milyard dollar həcmində sərmayə bizə ölkəmizi müasirləşdirməyə və müasir infrastrukturu, o cümlədən nəqliyyat sahəsində infrastrukturu yaratmağa kömək etmişdir. Azərbaycanın çox aşağı səviyyədə xarici borcu var. Bu, bizim ümumi daxili məhsulun təxminən 19 faizini təşkil edir. Bizim ehtiyatlarımız xarici borcumuzdan beş dəfə çoxdur. Azərbaycanın builki iqtisadi göstəriciləri artımın olduğunu nümayiş etdirir. Ümumi daxili məhsul 3 faiz artıb, inflyasiyanın səviyyəsi 2,1 faizdir və iqtisadiyyatın şaxələnməsi bizim əsas məqsədlərimizdən biridir”.

Prezident bildirib ki, Azərbaycanın çox böyük neft və qaz ehtiyatları var: “Biz neft və qazımızı beynəlxalq bazarlara nəql etmək üçün çoxsaylı boru kəmərləri tikmişik və əsas hədəfimiz iqtisadiyyatımızı şaxələndirmək, insan kapitalına investisiya yatırmaq və inkişaf üçün dayanıqlı imkanlar yaratmaqdır. Şaxələndirməyə gəldikdə, bizim diqqətimiz əsasən sənayenin, kənd təsərrüfatının, turizmin, xidmətlər sektorunun, informasiya və kommunikasiya texnologiyalarının inkişafına yönəlib. İnfrastruktur layihələri bizim üçün çox önəmlidir və biz müasir infrastrukturun yaradılmasına sərmayə yatırmaq üçün maliyyə resurslarımızdan istifadə etdik. Azərbaycanda qazlaşdırma səviyyəsi 95 faiz təşkil edir, Azərbaycan elektrik enerjisini, neft və qazı ixrac edən ölkədir. Nəqliyyat sahəsinə investisiyaların yatırılması bizim əsas prioritetlərimizdən biridir”.

İlham Əliyev xatırladıb ki, üç il öncə Azərbaycan və Çin “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalayıb: “Müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır. Coğrafi mövqeyimizdən bəhrələnərək biz Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırdıq. Açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirmişik. Bizi qonşularımızla birləşdirən şaxələnmiş dəmir yolu şəbəkəsi yaratmışıq. Azərbaycanda son 15 ildə 15 min kilometr yol və avtomagistrallar çəkilib. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan yolların keyfiyyətinə görə dünyada 34-cü yerdədir”.

Dövlət başçısı vurğulayıb ki, infrastrukturun inkişafına, həmçinin çox əlverişli biznes mühitinin yaradılması ilə dəstək verilir: “Qeyd etdiyim kimi, 260 milyard dollar həcmində investisiya yatırılıb və bunların yarısını xarici investisiyalar təşkil edir. Bu gün Azərbaycandakı biznes mühiti dünyada olan ən qabaqcıl biznes mühitlərindən biridir. Dünya Bankının ən son “Doing Business” hesabatına görə, Azərbaycan biznes mühiti üzrə 25-ci pillədədir və bir il ərzində biz mövqeyimizi əsaslı şəkildə yaxşılaşdırmışıq. İndi Azərbaycan dünyada ən çox islahat aparan on ölkə sırasındadır.

Nəqliyyat infrastrukturundan danışarkən hava nəqliyyatına qoyulan investisiyaları əlavə etmək istəyirəm. Altı beynəlxalq hava limanı müasir nəqliyyat infrastrukturunun yaradılmasına növbəti töhfəmizdir. Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” Beynəlxalq Nəqliyyat Reytinq Agentliyi tərəfindən ən yaxşı regional hava limanı kateqoriyasında beş ulduza layiq görülüb. 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə 3 ölkəni birləşdirən regional layihə deyil. O, eyni zamanda, qitələri birləşdirir, Asiya və Avropa arasında vacib bağlantıdır. Bu dəmir yolu Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsidir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini tamamlamaq üçün tərəfdaşlarımızla bizə çoxlu vaxt tələb olundu və bu gün bu dəmir yolu Avrasiyada nəqliyyatda çox mühüm rol oynayır”.

Prezident qeyd edib ki, Azərbaycanın sərmayə yatırdığı daha bir əhəmiyyətli nəqliyyat layihəsi Şimal-Cənub dəhlizidir: “Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində yerləşən ölkələr öz mallarını nəql etmək üçün Azərbaycanın ərazisindən istifadə edirlər. Buna görə də müasir infrastrukturun yaradılmasına yatırdığımız investisiyalar yalnız iqtisadi potensialımızın artırılmasına və bizim dost, tərəfdaş və qonşularımıza xidmət göstərməyimizə kömək etmir, bu, həm də ticarət, turizm, nəqliyyat sahələrində nadir imkan yaradır və xalqları, ölkələri birləşdirir. Ölkələr bir-birinə bağlanır və bu, sülh və sabitlik amalına xidmət edir. Beləliklə, Azərbaycan müasir nəqliyyat infrastrukturuna malik vacib tranzit ölkəyə çevrilib”.

İlham Əliyev vurğulayıb ki, ötən il istifadəyə verilmiş Lapis-Lazuli marşrutu Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə birləşərək Azərbaycanın tranzit potensialını daha da artırıb: “Bu gün Azərbaycan sayı artmaqda olan ölkələr üçün tranzit imkanlarını təmin edir. Azərbaycan Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malikdir. Azərbaycanda fəaliyyət göstərən və nisbətən yaxın vaxtlarda tikilmiş gəmiqayırma zavodu istənilən növ gəmini inşa edə bilər. Ötən il biz 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malik yeni beynəlxalq Bakı Dəniz Limanını istifadəyə verdik. Gələcəkdə onun imkanları 25 milyon ton və 1 milyon konteynerə qədər artırılacaq.

Müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla biz yalnız ölkəmizi mühüm nəqliyyat mərkəzinə çevirmədik. Eyni zamanda, biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığa töhfə verdik. Beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. “Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir”.

Dövlətimizin başçısı əlavə edib: “Sülh və təhlükəsizlik haqqında danışarkən, Ermənistan və Azərbaycan arasında olan münaqişəni qeyd etmək istəyirəm. Təəssüflər olsun ki, uzun illər, 25 ildən çox müddət ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri Ermənistanın işğalı altındadır. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. İnsanlarımız etnik təmizləməyə məruz qalmışdır və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir. Bu, təkcə bizim ölkə üçün yox, regional sabitlik və sülh üçün ciddi bir problemdir. Ermənistan və Azərbaycan arasında olan münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Yekunda mən bir daha Azərbaycanı bu mühüm Foruma dəvət etdiyinə görə Prezident Si Cinpinə səmimi təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, Azərbaycanın gələcək iştirakı insanlar və xalqlar arasında körpülərin qurulmasında öz rolunu oynamağa davam edəcəkdir”.

BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
Xarici valyutaların manata qarşı məzənnələri
Xarici valyutaların manata qarşı məzənnələri
Unibank “Narıncı cümə” kampaniyası keçirir (FOTO)
Unibank “Narıncı cümə” kampaniyası keçirir (FOTO)
Loading Bars
Xəbər lenti
G7 ölkələrinin səhiyyə nazirləri fövqəladə iclasa toplaşacaqlar
İsrail xarici turistlər üçün sərhədlərini bağladı
"Formula 1"in "Williams" komandasıının yaradıcısı vəfat edib
Böyük Britaniyada koronavirusun "omikron" ştammına daha bir nəfər yoluxub
İngiltərə Premyer Liqası: “Çelsi” - “Mançester Yunayted” oyununda qalib müəyyənləşməyib
İƏT-in bəyannaməsi Prezident İlham Əliyevin görkəmli liderliyinin simvoludur - amerikalı ekspert
Milli Məclisin sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərlə görüşüb
Türkiyədə son sutkada koronavirusdan 20 007 nəfər sağalıb
Üçtərəfli müqavilə İranın 5 vilayətini qazla təmin edəcək - İran hökumətinin sözçüsü
KTMT ölkələrinin əksəriyyəti Ermənistanın bu təşkilatda olmasına baxmayaraq Azərbaycanı dəstəkləyir - Sergey Markov
Bakıda Batut Gimnastikası yarışlarının təşkilində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm - Migel Visente Marino
Azərbaycanla əlaqələrdə heç bir anlaşılmazlığın olması gərək deyil - İran Prezidenti
Prezident İlham Əliyev: Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək
Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
Azərbaycan, İran və Türkmənistan arasında qazın svop tədarükü barədə razılaşma imzalanıb (FOTO)
İranda hamının mövqeyi bundan ibarət idi ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır - İran Prezidenti
Mərakeş "omikron" ştammının yayılmasına görə ölkəyə birbaşa sərnişin reyslərini dayandıracaq
Batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupu Yarışlarının final gününün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
KTMT-yə üzv ölkələrin Azərbaycanı təbrik etməsi göstərdi ki, Ermənistan KTMT-də heç bir dəyərə malik deyil - Siyasi şərhçi
Bakıda batutda sinxron tullanma üzrə finalçılar müəyyənləşib
Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB)
Region ölkələri ilə ticarətin inkşaf etdirilməsi İranın xarici siyasətinin prioritetidir - İbrahim Rəisi
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupu Yarışlarının final gününün ən yaxşı anları (FOTO)
Belçikalı gimnast Dünya Yaş Qrupları Yarışlarında ikili mini-batutda tullanma proqramında birinci yeri tutub
Böyük Britaniya təmsilçisi Bakıda Dünya Yaş Qrupu Yarışlarında tamblinq proqramında birinci yeri tutub
Rusiyalı gimnast Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında tamblinq proqramında qızıl medal qazanıb
Yeni doğulmuşlar arasında koronavirusa yoluxma halları var - AÇIQLAMA
KTMT üzvlərinin Azərbaycanı Zəfərə görə təbrik etməsi sübut edir ki, onlar Ermənistanla münasibətləri korlamaqdan çəkinmirlər - Mixail Finkel
Ermənistanın son ümid yeri də puç oldu: KTMT-yə üzv dövlətlər Azərbaycanı tarixi Zəfərə görə təbrik edir
ABŞ gimnastları Dünya Yaş Qrupu Yarışlarında iki mini-batutda tullanma proqramında bütün mükafat yerləri tutublar
Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının iclası keçiriləcək
Yaponiyalı gimnast Dünya Yaş Qrupu Yarışlarında batut gimnastikası üzrə fərdi proqramda birinci yeri tutub
Prezident İlham Əliyevin İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Rusiyalı gimnast Dünya Yaş Qrupu Yarışının batut gimnastikası üzrə fərdi proqramında qızıl medal qazanıb
Dünya Yaş Qrupları Yarışlarının batutda sinxron tullanma proqramında finalçılar müəyyənləşib
Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada 1 662 nəfər COVID-19-a yoluxub, 18 nəfər ölüb
Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə irəli sürdüyü ideyala həyata keçirilir - Aşqabad zirvəsi
İran Qazaxıstanla birgə iqtisadi əməkdaşlıq komissiyasının tezliklə keçirilməsini istəyir – İran xarici işlər naziri
Prezident İlham Əliyevin Pakistan Prezidenti Arif Alvi ilə görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB)
Azərbaycan ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpasında həqiqətən müzəffər olub - Türkmənistan Prezidenti
Kişilər arasında ikili mini-batutda tullanma proqramında finalçılar müəyyənləşib
İran Pakistanla münasibətləri hərtərəfli şəkildə inkişaf etdirməyə maraqlıdır – Rəisi
Şərq-Qərb nəqliyyat dəhlizi üzərindəki layihələri dəstəkləməyə davam edəcəyik - Ərdoğan
İranın Tacikistanla münasibətləri var-gücü ilə davam edəcək - İran prezidenti
Zəngəzur dəhlizinin əhəmiyyəti göz qabağındadır - Türkiyə Prezidenti
Prezident İlham Əliyev Aşqabadda İƏT XV Zirvə Toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi naharda iştirak edib
Azərbaycanın bölgədə rifahın artması üçün atdığı addımlar təqdir edilməlidir - Ərdoğan
Saatlıda obyektlərin birində pozuntular aşkar edilib
Bakıda qadınlar arasında batut gimnastikası proqramında finalçılar müəyyənləşib.
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupu Yarışları davam edir (FOTO)
İki hərbi qulluqçumuz Füzulidə minaya düşüb
Dünya Yaş Qrupu Yarışları kişilər arasında batut gimnastikası üzrə fərdi proqramda finalçılar müəyyənləşib
İran, Azərbaycan və Türkiyənin yaxın münasibətləri əhəmiyyət kəsb edir – İran prezidenti
Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında ikili mini-batutda tullanma proqramında finalçılar müəyyənləşib
Soçi görüşü – Azərbaycanın növbəti diplomatik uğuru
Prezident İlham Əliyev: Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa yardımı etmişdir
Prezident İlham Əliyev: 2022-ci ildə azad olunmuş ərazilərdə yeni şəhər və kəndlərin salınması üçün ən azı 1,3 milyard ABŞ dolları ayrılacaq
Prezident İlham Əliyev: Bizim strateji valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 6 dəfə çoxdur
Prezident İlham Əliyev: Son 18 il ərzində Azərbaycanda ümumi daxili məhsul üç dəfədən çox artmışdır
Prezident İlham Əliyev: Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir (TAM NİTQ)
Prezident İlham Əliyev: Əminəm ki, İƏT-ə üzv ölkələr Zəngəzur dəhlizindən istifadə edəcəklər
Dünya Yaş Qrupları Yarışlarında kişilər arasında tamblinq üzrə finalçılar müəyyənləşib
Prezident İlham Əliyev: Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır
Dünyada COVID-19-a yoluxanların sayı 261 milyonu ötüb
Sabahın hava proqnozu açıqlanıb
Bakıda batut gimnastikası və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupu Yarışlarının final gününə start verilib (FOTO)
Prezident İlham Əliyev Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə toplantısında iştirak edib (FOTO/VİDEO) (YENİLƏNİB-4)
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib (VİDEO)
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana səfərə gəlib (FOTO/VİDEO) (YENİLƏNİB)
Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir - Səttar Möhbalıyev
MDU "Regionlarda ali təhsil: reallıqlar və perspektivlər" adlı beynəlxalq konfransa tərəfdaşlıq edib (FOTO)
Rusiyanın xalq artisti Aleksandr Qradski vəfat edib
Bakıda məcburi köçkünlərin məskunlaşdığı bina yanıb
Britaniyalı həkimlər "omikron" ştammının təhlükəli olduğunu şübhə altına alıblar
Azərbaycan və İran XİN rəhbərləri arasında görüş baş tutub
Ümumdünya Tibb Assosiasiyası hesab edir ki, COVID-ə qarşı revaksinasiya mütamadi olacaq
Bitkoin koronavirusun yeni "omikron" ştammı səbəbindən çökdü
Boris Consons bildirib ki, "omikron" ştammına vaksin olunmuşlar da yoluxa bilər
Qırğızıstanda parlament seçkiləri başlayıb
ABŞ-da atışma nəticəsində ölən və yaralılar var
Britaniyada “Arven” qasırğası üç nəfərin həyatına son qoyub
İsrail yeni COVID-19 ştammına görə sərhədlərini bağlayır
Səudiyyə Ərəbistanı azı bir doza peyvənd qəbul edənlərin ölkəyə girişinə icazə verəcək
Portuqaliyada klub COVID-19 səbəbiylə matça 9 futbolçu ilə çıxıb darmadağın olundu
"Barselona" Xavinin rəhbərliyi altında üç oyunda ikinci qələbəsini qazanıb
Ukraynada çoxmərtəbəli yaşayış evində partlayış olub, ölən və yaralanan var
Hindsitanda seçkilərdə qələbəni vəfat etmiş namizəd qazanıb
Gürcüstanda kömür mədənində uçqun nəticəsində 1 nəfər həlak olub
Britaniyada "omikron" ştammı aşkarlanıb
Taliban gələn ilə qızlar üçün məktəblər açmağı planlaşdırır
BMT Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü alqışlayır
İtaliyada "omikron" ştammına ilk yoluxma qeydə alınıb
Soçi görüşündə Ermənistana bir daha çatdırıldı ki, götürülən öhdəliklər tam şəkildə həyata keçirilməlidir - Sabiq nazir
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları yarışları qaliblərinin mükafatlandırma mərasimi keçirilib (FOTO)
28-ci Dünya Yaş Qrupları Yarışları: kişilər arasında qoşa mini batutda tullanma üzrə qaliblər müəyyənləşib
Almaniyada koronavirusun yeni ştammı aşkarlanıb
Bakıda Dünya Yaş Qrupları yarışları çərçivəsində Rusiyalı idmançı tamblinq üzrə birinci yeri tutub
Rusiyalı gimnast Bakıda 28-ci Dünya Yaş Qrupları Yarışlarında batutla fərdi tullanma üzrə birinci yeri tutub
Bütün xəbərlər