...

İsa Həbibbəyli: Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş müstəqil dövlətin taleyini həll edən böyük tarixi hadisədir

Siyasət Materials 15 İyun 2020 10:13 (UTC +04:00)
Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş müstəqil dövlətin taleyini həll edən böyük tarixi hadisədir.
İsa Həbibbəyli: Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş müstəqil dövlətin taleyini həll edən böyük tarixi hadisədir

Bakı. İlhamə İsabalayeva – Trend:

Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş müstəqil dövlətin taleyini həll edən böyük tarixi hadisədir.

Bunu Trend-ə AMEA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, Heydər Əliyevin həyatı və fəaliyyətinin 3 əsas mərhələsini qeyd etmək zəruridir.

Akademik deyib ki, 1-ci mərhələ Heydər Əliyevin Azərbaycana siyasi rəhbərlik etdiyi dövrdür (1969-1982 və 1993-2003-cü illər). İkinci mərhələ Moskva-Kreml mərhələsi (1983-1987-ci illər), üçüncü mərhələ Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında fərdi təqaüdçü və Naxçıvan MR Ali Məclisinə rəhbərlik etdiyi dövrdür (1990-1993).

İ.Həbibbəyli bildirib ki, bütün gərgin anları, inkişaf ritmləri ilə bir yerdə Azərbaycana siyasi rəhbərlik və Kreml mərhələləri Heydər Əliyevin siyasi olimpin ən uca zirvələrinə doğru yüksəliş dövrləridir. Bu mərhələlərdə Heydər Əliyevin simasında böyük uzaqgörənlik, yorulmaz fəaliyyət, dərin məsuliyyət və gerçək şöhrət bir-birini tamamlamışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi ölkəmizin və xalqımızın tarixində taleyində böyük yer tutmuş görkəmli dövlət xadimi sayan İ.Həbibbəyli əlavə edib ki, Heydər Əliyevin xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya – Müstəqil Azərbaycanın rəhbərliyinə dəvət olunması və əvvəlcə Milli Məclisin Sədri, sonra isə ölkə Prezidenti vəzifəsinə seçilməsi xalqımızın və gənc müstəqil dövlətimizin Milli Qurtuluşunun əsasını təşkil edir:

"Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan mərhələsi taleyin sınaq dövrü olmaqla bərabər, ümumxalq qazanılması məhəbbəti və yenidən Qayıdışın bünövrəsi idi. Mənalı və keşməkeşli həyatının Naxçıvan dövrü ölkəmizdə dövlət müstəqilliyinin böyük məşqləri mərhələsi kimi tarixə düşmüşdür".

Akademik deyib ki, XX əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycan da vətəndaş müharibəsini qarşısının alınması və ölkənin parçalanmaqdan xilas edilməsi Heydər Əliyevin adı ilə bağlı olan böyük Milli Qurtuluş hadisəsidir. Ölkəmizin əsas sərvəti olan neftin xalqın milli istiqlalına və müstəqil dövlətin inkişafına xidmət etdirilməsi üçün Heydər Əliyev dühasının və iradəsinin nəticəsi kimi meydana çıxmış «Əsrin müqaviləsi» Milli Qurtuluşun böyük təməlidir:

“Heydər Əliyev – Azərbaycan xalqının böyük xilaskarı, müstəqil Azərbaycan dövlətinin banisi, qurucusu və yaradıcısıdır. Heydər Əliyev dövlət müstəqilliyinin, ölkəmizin böyük gələcəyinin möhkəm təməllərini yaratmış, azərbaycançılıq təlimini dövlət ideologiyası səviyyəsinə qaldırmışdır”.

İ.Həbibbəyli əlavə edib ki, Heydər Əliyev – sovet hakimiyyəti illərində Azərbaycanda milli-mənəvi dəyərləri hərtərəfli şəkildə inkişaf etdirmiş, adət-ənənələri dirçəltmiş, azərbaycançılığın möhkəm təməllərini yaratmışdır.

Onun sözlərinə görə, görkəmli dövlət xadimi Heydər Əliyev özünün ölkə daxilindəki və beynəlxalq aləmdəki nüfuzuna görə SSRİ adlanan böyük derjava miqyasından yüksəkdə dururdu:

"Sovet hakimiyyəti dövründə Heydər Əliyevin apardığı məqsədyönlü və düşünülmüş millilik və vətənpərvərlik siyasətinə görə ölkəmiz müstəqillik qazandıqdan sonra digər dövlət müstəqilliyi əldə etmiş postsovet ölkələri ilə müqayisədədir neçə addım irəlidə olmuşdur. Yeni istiqlaliyyət qazanmış respublikalarda müstəqilliyin başlanğıc illərində milli ideologiya baxımından başlanmış və yaşanmış prosesləri Azərbaycan sovet hakimiyyəti illərində Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi mərhələdə keçib yaşamışdır. SSRİ dövlətinin yuxarı dairələrində Siyasi Büro üzvlərinin, o cümlədən də Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovun Heydər Əliyevə qısqanc münasibət bəsləməyinin əsas səbəblərindən biri müqayisədə Heydər Əliyev fenomeninin daha ucada dayanması idi".

Akademik əlavə edib ki, müstəqillik illərində Azərbaycan Böyük Qayıdışdan – Milli Qurtuluşa – Müasir İnkişafa və Böyük Gələcəyə doğru məsuliyyətli və şərəfli yol keçmişdir. Bu, çoxəsrlik milli dövlətçilik tariximizin Heydər Əliyev – İlham Əliyev epoxasının keçdiyi böyük yolun tarixi mərhələləridir:

"Böyük Qayıdışdan – Müasir inkişafa qədərki çətin və şərəfli yol Milli Quruluşun köklərini, gedişatını və üfüqlərini bütün reallıqları ilə əks etdirir. Görkəmli dövlət xadimi Heydər Əliyev Milli Qurtuluşun banisi, yeni tarixi epoxanın lideri Azərbaycan Prezidenti İlham Əliyev isə ölkəmizin yüksək müasir inkişafının qüdrətli yaradıcısı və Böyük Gələcəyin uzaqgörən sükançısıdır".

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti