...

Elmira Süleymanova: Qəhrəmancasına şəhid olmuş balalaramızın rütbəsindən asılı olmayaraq hər birini ürək ağrısı ilə əbədi mənzilə yola saldıq

Siyasət Materials 16 İyul 2020 14:44 (UTC +04:00)
Elmira Süleymanova: Qəhrəmancasına şəhid olmuş balalaramızın rütbəsindən asılı olmayaraq hər birini ürək ağrısı ilə əbədi mənzilə yola saldıq

Bakı. Trend:

Vətən uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş balalaramızın rütbəsindən asılı olmayaraq hər birini ürək ağrısı ilə əbədi mənzilə yola saldıq.

Vətən, ailə məhəbbəti, qələbə arzusu ilə yaşamış bu qeyrətli, mərd, vətənpərvər oğullarımızın qismətinə şərəfli şəhidlik zirvəsi yazılıbmış.

Qələbəmizə öz töhfəsini vermiş şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Ruhları şad olsun. Dərdimi bölüşdüyüm bacılarıma - onların analarına səbr, millətin analarına başsağlıqı verirəm. Vətən sağ olsun!

Elmira Süleymanova

Məqalədə:
Xəbər lenti

Xəbər lenti