...

Prezident İlham Əliyev: Qarabağın muxtariyyəti artıq müzakirə mövzusu deyil

Siyasət Materials 28 Sentyabr 2021 20:05 (UTC +04:00)
Prezident İlham Əliyev: Qarabağın muxtariyyəti artıq müzakirə mövzusu deyil

Bakı. Trend:

Qarabağın muxtariyyətı artıq müzakirə mövzusu deyil.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 28-də Fransanın "France-24" televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib: "Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman "yox" deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti