...

İsveçrədə Azərbaycanın Müstəqillik Günü qeyd olunub (FOTO)

Siyasət Materials 31 May 2022 10:44 (UTC +04:00)
İsveçrədə Azərbaycanın Müstəqillik Günü qeyd olunub (FOTO)
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

İsveçrədə Azərbaycanın Müstəqillik Günü və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə tədbir keçirilib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov "Twitter" səhifəsində yazıb.

"Kiçik, amma vacib ölkələr qlobal çağırışların öhdəsindən gələ bilmək üçün bir-birinə daha yaxın olmalıdır. Biz Bern meri Alek fon Qraffenridlə birlikdə Azərbaycanın Müstəqillik Günü və diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə keçirilmiş tədbirdə çıxışlar zamanı bu fikirlə razılaşdıq", - səfir bildirib.

O qeyd edib ki, tədbir çərçivəsində keçirilmiş konsert proqramında xanəndə Mənsum İbrahimovun rəhbərliyi ilə "Qarabağ" muğam kollektivi, eləcə də skripkaçı Ceyla Seyidova çıxış edib.

"Konsert proqramı nümayiş etdirdi ki, mədəniyyət insanları birləşdirir", - F.İsgəndərov yazıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti