...

Ana dilimizin qorunması üzrə siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir - Sevil Mikayılova

Siyasət Materials 1 Avqust 2022 12:11 (UTC +04:00)
Ana dilimizin qorunması üzrə siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir - Sevil Mikayılova

Bakı. Trend:

Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Ümummilli Lider Heydər Əliyevin xalqımız üçün göstərdiyi misilsiz xidmətlərindən biri də xalqımızın ana dilinin qorunub saxlanması və inkişafı sahəsində fəaliyəti olmuşdur.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, Ulu Öndər Heydər Əliyevin ana dilimizin qorunması üzrə siyasi xəttinə sadiqlik Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanırAzərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi, Azərbaycan Milli Ensiklopediyasının və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin nəşri ana dilimizin hərtərəfli geniş tətbiqini mütərəqqi şəkildə gerçəkləşdirib:

"Azərbaycan dilinin qorunmasına xidmət edən Dövlət Proqramını da xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyev 2013-cü ildə imzaladığı sərəncamla təsdiq olunan Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Bu gün də bu istiqamətdə önəmli işlər görülür, araşdırmalar aparılır. Prezident İlham Əliyevin də vurğuladığı kimi "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir". Azərbaycan dövləti bu dəyərlərə yüksək qiymət verir. Azərbaycan dilinin istifadəsinə və tədqiqinə xüsusi dövlət qayğısı mövcuddur".

Deputat həmçinin əlavə edib ki, xüsusən elektron məkanda Azərbaycan dilinin daha geniş istifadəsi üçün hələ 2018-ci ildə Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə tədbirlər haqqında sərəncam imzalanmışdı:

"Bu gün Azərbaycan dilinin istifadə, tədbiq olunduğu sahələrə və miqyasına baxsaq dvölətimizin nə dərəcə də uğurlu siyasi kurs seçdiyini görə bilərik. Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimizi qoruyub saxlamaq, mühafizə etmək hər birimizin vətəndaş öhdəliklərindən biridir. Ana dilimizi xarici təsirdən qorumalıyıq"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti