...

BMT Baş Assambleyasının 75-ci prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub

Siyasət Materials 9 Avqust 2022 13:01 (UTC +04:00)

Bakı. Trend:

BMT Baş Assambleyasının 75-ci prezidenti, 2014-2016-cı illərdə Türkiyənin Avropa Birliyi məsələləri üzrə naziri vəzifəsində çalışmış Volkan Bozkır Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub.

Hazırda Türkiyə Büyük Millət Məclisinin üzvü olan Volkan Bozkır 1992-1996-cı illərdə Prezident Turqut Özal və Prezident Süleyman Dəmirəlin kabinet rəhbəri və xarici əlaqələr üzrə müşaviri, Türkiyənin 2005-2009-cu illərdə Avropa Birliyindəki səfiri çalışmışdır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunması naminə həyata keçirilən qlobal tədbirlərə, həmçinin fəaliyyətlərə töhfə verməkdir. Eyni zamanda Azərbaycan elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin irsinin araşdırılması, dünyada təbliği, eləcə də dialoq, tolerantlıq, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqun təşviq edilməsidir.

Həmçinin Nizami Gəncəvinin ədəbi irsinin araşdırılması və təbliği məqsədilə nüfuzlu yerli və xarici alimlərdən ibarət alimlər şəbəkəsi formalaşdırılmışdır.

Mərkəz qarşıda qoyulan məqsədlərə nail olmaq üçün ətrafında nüfuzlu sabiq dövlət və hökumət başçılarını, həmçinin beynəlxalq ekspertləri birləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti