Bakı. Trend:
Qaçaq milyarder Ruben Vardanyan və himayədarları Qarabağda,
Azərbaycan ərazisində növbəti “seçki” şousuna hazırlaşır və bununla
da faktiki olaraq növbəti müharibəni qızışdırırlar. Görünür, onlar
yenidən Azərbaycanın dəmir yumruğunu hiss etmək istəyirlər.
Aydın məsələdir ki, Qarabağda “seçkilər” adlanan bütün bu sirk
Rubik və onun kuklalarının böyük oyununun bir hissəsidir. Bu şounun
“qalibi” təbii ki, Vardanyan və onun partiyası olacaq, o, uzun
müddətdir ki, buna hazırlaşır, “qələbəyə” yol açır.
Rubik Qarabağ separatçılarının qondarma “Təhlükəsizlik Şurasının
katibi” Vitali Balasanyanı, daha bir neçə qondarma “nazir”i
“vəzifə”dən uzaqlaşdırıb və “təmizləməni” davam etdirir. Faktiki
olaraq, Vardanyan separatçıların lideri Arayik Harutunyanı
"hakimiyyət"dən uzaqlaşdırır və onun kreslosunda oturmağı
planlaşdırır. Ancaq bu da filmin sonu deyil, Rubikin dəstəkçiləri
yeni sevimliləri üçün daha "böyük" planları var. Ssenariyə görə,
Vardanyan sonda Ermənistanda taxtda oturmalıdır.
Olduqca tanış sujetdir. Vaxtilə Serj Sarkisyan və Robert
Köçəryan da Qarabağdakı separatçıların liderləri olub, sonra
Ermənistana keçiblər. “Qarabağ klanı” olan Sarkisyan-Köçəryanın
süqutundan sonra bu köhnə oyuncaqlar artıq heç kimə lazım deyil və
sahiblərinin bütün ümidi indi Ermənistanı nəzarətə qaytarmaq üçün
yeni kukladadır.
Amma “hər yeni şey yaxşı unudulmuş köhnədir” prinsipi ilə on illik
plandan istifadə etmək istəyən sifarişçilər iki məqamı nəzərə
almır: birincisi, heç nə unudulmayıb, ikincisi, Azərbaycanda və
ümumilikdə Cənubi Qafqazda tamam başqa reallıqlar mövcuddur.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə 2020-ci ildə 44 günlük müharibədə qələbə qazandıqdan sonra
Azərbaycan regionda hər kəsin, o cümlədən Vardanyan və onun
ağalarının hesablaşmalı olduğu yeni geosiyasi reallıq yaratdı.
Xüsusən də heç kim unutmasın ki, Azərbaycanın dəmir yumruğu
yerindədir.
Hələ 2021-ci il noyabrın 8-də, Qələbə Gününün birinci ildönümündə
Şuşada hərbi qulluqçular qarşısında çıxış edən Prezident İlham
Əliyev demişdi ki, Ermənistanda kimsə – istər iqtidar, istər
müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa
ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə,
o, bizim yumruğumuzu bir daha görəcək
Göründüyü kimi, erməni separatçıları və onların xarici ağaları hələ də yeni reallıqları dərk edə bilmir, keçmişdə yaşayırlar. İkinci Qarabağ müharibəsində Azərbaycan Ermənistanın “məğlubedilməz ordu” ilə bağlı illüziyalarını məhv etdi. Görünür, bundan ibrət götürməyiblər və indi regionu yeni müharibəyə aparırlar. Amma müharibə baş verərsə, Azərbaycanın dəmir yumruğu onları acı reallığa düçar edəcək.