...

Ermənistanda delimitasiya ilə bağlı komissiya yanında iki işçi qrup yaradılıb

Siyasət Materials 22 Aprel 2024 12:38 (UTC +04:00)
Ermənistanda delimitasiya ilə bağlı komissiya yanında iki işçi qrup yaradılıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan baş naziri Nikol Paşinyanın qərarı ilə "Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi"məsələləri üzrə komissiya" yanında iki işçi qrupu yaradılıb.

Trend xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Məlumata görə, Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan rəhbərlik edəcəyi birinci qrupa Noemberyan və İcəvan merləri, Voskepar, Kirants, Bağanis və Berkaber icmalarının rəhbərləri və sakinləri daxil olacaq. İşçi qrup Bağanis - Bağanis Ayrım, Voskepar - Aşağı Əskipara, Kirants - Xeyrimli, Berkaber - Qızıl Hacılı yaşayış məntəqələri arasında geodeziya işləri aparıldıqdan sonra koordinatları dəqiqləşdirəcək və müvafiq protokol tərtib edəcək.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin şöbə rəisi David Sanamyanın rəhbərlik edəcəyi ikinci qrupa isə Ermənistanın güc strukturlarının nümayəndələri daxil olacaq.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti