...

Füzulidə ikinci yaşayış məhəlləsinin məskunlaşmasına 2025-ci ilin payızında başlanacaq - Emin Hüseynov (ÖZƏL)

Siyasət Materials 28 İyun 2024 12:57 (UTC +04:00)
Füzulidə ikinci yaşayış məhəlləsinin məskunlaşmasına 2025-ci ilin payızında başlanacaq - Emin Hüseynov (ÖZƏL)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Şuşa. Trend:

Füzulidə ikinci yaşayış məhəlləsinin məskunlaşmasına 2025-ci ilin payızında başlanacaq.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

"İkinci məhəllədə tikinti işlərinə artıq başlanılıb, dördüncü məhəllədə tikintiyə isə sentyabrda başlanacağı gözlənilir. Bundan sonra beşinci məhəllənin, daha sonra isə birinci və üçüncü məhəllələrin tikintisinə başlayacağıq. Niyə bu ardıcıllıqla? Çünki bu məhəllələrin hər birinin öz xüsusiyyətləri və layihələndirmə işlərinin müxtəlif mürəkkəbliyi var. Fərqlər dizaynda, istifadə olunan materiallarda və landşaft xüsusiyyətlərindədir", - deyə o vurğulayıb.

E.Hüseynovun sözlərinə görə, hər bir məhəllə üzrə tikintiyə başlamaq, ekspertizadan keçmək və dövlət tenderlərinin keçirilməsi üçün müxtəlif müddət tələb olunur.

"Bu səbəbdən tikinti müddətləri dəyişir. Artıq proses başlayıb ki, bu da özlüyündə müsbət xəbərdir. 2025-ci ilin ortalarında, avqust-sentyabr ayları ərzində ikinci məhəllədə ilk sakinləri görəcəyik", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti