...

Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri möhkəm təməllərə söykənir - Azər Qarayev

Siyasət Materials 12 İyul 2024 22:00 (UTC +04:00)
Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri möhkəm təməllərə söykənir - Azər Qarayev
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması ölkəmizin müxtəlif dövlətlərlə münasibətlərinə müsbət təsir göstərərək, əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Prezident İlham Əliyevin müxtəlif beynəlxalq tədbirlərə dəvət olunması Azərbaycanın artan rolunun və çəkisinin təsdiqidir. Azərbaycanın həm Avropanın, həm də Asiyanın müxtəlif regionları ilə ikitərəfli əlaqələri onu qitələrarası qovşağa çevirir. Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də Pakistandır.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

Onun sözlərinə görə, Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri möhkəm təməllərə söykənir.

“Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub və o vaxtdan bəri əlaqələr daim inkişaf edib. Pakistan beynəlxalq miqyasda Azərbaycanın ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib və Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə onunla diplomatik münasibətlər qurmayıb.

İki ölkə arasında siyasi əlaqələr Ümummilli Lider Heydər Əliyevin 1994-cü ildə Pakistanın o vaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və yüksək səviyyəli münasibətlər saxlayır. Onun Pakistana rəsmi və işgüzar səfərləri ikitərəfli əlaqələrdə yeni səhifələr açıb. Pakistan liderlərinin də Azərbaycana səfərləri qarşılıqlı əməkdaşlığın inkişafına mühüm töhfə verib”.

A.Qarayev bildirib ki,iİki ölkə arasında iqtisadi əməkdaşlıq sahəsində də əhəmiyyətli addımlar atılıb. Hökumət səviyyəsində birgə komissiya yaradılıb və bir sıra mühüm sənədlər imzalanıb.

“Azərbaycan və Pakistan arasında ticarət dövriyyəsinin həcmi artmaqdadır və Pakistan Azərbaycan şirkətlərinin bu ölkəyə sərmayə qoymasında maraqlıdır. Azərbaycanda 3600-dən çox Pakistan şirkəti qeydiyyata alınıb və onlar müxtəlif sahələrdə aktiv fəaliyyət göstərir.

Humanitar sahədə də əməkdaşlıq genişlənir. Heydər Əliyev Fondu Pakistanda bir çox sosialyönümlü layihələr həyata keçirib. Fondun təşəbbüsü ilə Pakistanda məktəblər, tibb müəssisələri və su təchizatı sistemləri tikilib. Humanitar sahədə əməkdaşlıq sonrakı illərdə də davam etdirilib və iki ölkə arasında elm və təhsil sahəsində də uğurlu əməkdaşlıq mövcuddur”.

Politoloq qeyd edib ki, Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır.

“Azərbaycanın Vətən müharibəsində qələbəsi və antiterror tədbirləri nəticəsində yaranan yeni reallıqlar ikitərəfli əlaqələrin dərinləşməsi üçün yeni perspektivlər açır. Prezident İlham Əliyevin Pakistana dövlət səfəri ölkələrimiz arasındakı ikitərəfli münasibətlərə yeni məzmun və keyfiyyət gətirərək, qarşılıqlı əməkdaşlığın daha geniş sahələri əhatə etməsini təmin edəcək”.

Xəbər lenti

Xəbər lenti